- Orta Doğu ve Asya-Kafkaslar Araştırma Uygulama Merkezi Dergisi
- Issue:2
- XIX ƏSR AZƏRBAYCAN MƏSNƏVİ YARADICILIĞINDA QASIM BƏY ZAKİR TƏMSİLLƏRİNİN MÖVQEYİ
XIX ƏSR AZƏRBAYCAN MƏSNƏVİ YARADICILIĞINDA QASIM BƏY ZAKİR TƏMSİLLƏRİNİN MÖVQEYİ
Authors : Efsane İSMAYILOVA
Pages : 0-0
View : 16 | Download : 7
Publication Date : 2021-11-15
Article Type : Research Paper
Abstract :Məqalədə XIX əsr Azərbaycan ədəbiyyatında təşəkkül tapmış realist-alleqorik üslubun yaranması, qaynaqları və inkişaf xüsusiyyətləri haqqında məlumat verilir. Burada alleqorik məsnəvi yaradıcılığında təmsillərin özünəməxsus mövqeyindən bəhs olunur. Satirik istiqamətin banilərindən biri, Qarabağın görkəmli şairlərindən olan Qasım bəy Zakirin hələlik elm aləminə bəlli olan 6 məsnəvi-təmsili müqayisəli şəkildə təhlilə cəlb olunmuşdur. XIX əsrin siyasi şəraiti Zakirin təmsillərində az və ya çox dərəcədə “ezopvari” üslubla işıqlandırılmışdır. Şairin məsnəviləri öz təbii və emosinal çalarlarına, mental dəyərlərin təbliğinə görə diqqəti cəlb edir. Folklordan yaradıcı şəkildə bəhrələnmək Zakir yaradıcılığına xas olan başlıca xüsusiyyətlərdəndir. Şair adət-ənənələrimizi özündə təcəssüm etdirən, əsrlərdən qorunub gələn atalar sözü və məsəllərə müraciət edərək məsnəvilərini daha da oxunaqlı etmişdir. Tədqiqat zamanı aydın olur ki, Zakirin alleqorik şeirləri öz humanist və bəşəri keyfiyyətləri, ibrətamiz səciyyəsi ilə bədii-estetik əhəmiyyətini itirməmiş, bu gün də aktual səciyyə daşıyaraq, öz müasirliyini saxlamaqdadır.Keywords : XIX əsr