- Orta Doğu ve Asya-Kafkaslar Araştırma Uygulama Merkezi Dergisi
- Issue:1
- AZƏRBAYCAN RUHANİLİYİNDƏ ŞUŞADAKI MƏSCİDLƏRİN VƏ İMANLI İNSANLARIN YERİ. (“QARABAĞNAMƏLƏR” əsasında)...
AZƏRBAYCAN RUHANİLİYİNDƏ ŞUŞADAKI MƏSCİDLƏRİN VƏ İMANLI İNSANLARIN YERİ. (“QARABAĞNAMƏLƏR” əsasında)
Authors : əziz BORAN
Pages : 1-20
View : 16 | Download : 9
Publication Date : 2022-05-15
Article Type : Research Paper
Abstract :Şübhəsiz ki, bu məsələdə xanlığın yaradıcısı və onunla birlikdə olan şəxslərin həyata baxışları, iman sahibi olmaları, yaşam prinsipləri, dinə və onun əsas ehkamlarına olan münasıbətləri mühüm rol oynamışdır. ”Qarabağnamələr”də yazıldığına görə bu xanlığın əsasını qoyan qədim türk tayfalarından olan sarıcalı Pənahəli xan və onun övladları, “ Vətəni sevmək də imandandır “ əxlaqına sahib olan el və obaları insert ignore into journalissuearticles values(1,33); davranış və yaşamlarında, hətta haqq dünyasına qovuşduqda halallıq prinsipinə əməl etmişlər. Mənbələrdə göstərilir ki, Pənahəli xan Şirazda “...allahın rəhmətinə” getdikdən sonra nəşini böyük hörmətlə gətirib vəsiyyətinə görə əsasını qoyduğu Bayat, Şahbulaq qalası və ya Şuşa şəhərində deyil, Ağdamda İmarət adlanan yerdə dəfn etmişdilər. Bunun səbəblərindən bəhs edərkən “Qarabağnamələr”də yazılır ki, “Mərhum Pənahəli xan az bir müddət Kərim xanın paytaxtı olan Şirazda qaldıqdan sonra əcəli çatıb Şirazda allahın rəhmətinə getdi. Vəsiyyətinə əsasən onun cənazəsini böyük hörmətlə Qarabağa gətirib, indi Ağdam adı ilə məşhur olan, özünün halal mülkündə dəfn etdilər. Allah ona rəhmət eləsin” .Keywords : Qarabağnamələr, AZƏRBAYCAN RUHANİLİYİNDƏ, Boran Əziz, Cavanşir