Azərbaycan Xalqinin Toy Mərasim Musiqisi
Authors : Samirə ƏZİZOVA
Pages : 1211-1216
View : 17 | Download : 7
Publication Date : 2016-08-15
Article Type : Research Paper
Abstract :Folklor və toy mərasimi qarşılıqlı əlaqəli anlayışlar olub, qədim etnosun məişətinin və ictimai həyatının bir çox hadisələrinin dərk olunmasına yol açır. Toy – mədəniyyətin ayrılmaz tərkib hissəsi, milli ruhun təzahürüdür. Toy mərasiminin mərhələlərinin musiqi və poetik tərtibatında gerçəkliyin sinkretik qavranılması, xalqın inancları və ayinləri, adət və ənənələri, nəsillərin varisliyi, həyatın mənası haqqında fikirlər öz əksini tapır. Toy mərasimində xalqın musiqi və poetik yaradıcılığının zənginliyi yanaşı, özünəməxsus janr rəngarəngliyi, ifadə vasitələri, dil-təfəkkür xüsusiyyətləri, obrazlar dairəsi, təsviri-tətbiqi sənət növlərinin, geyim və mətbəx mədəniyyətinin təzahürləri vəhdətdə özünü göstərir. Toy mərasimində xalqın poetik və musiqi istedadı, ifaçılıq mədəniyyəti, bədii-estetik zövqü, psixoloji düşüncə tərzi, qəlbinin genişliyi özünü qabarıq şəkildə büruzə verir.Keywords : folklor, toy mərasimi, janr rəngarəngliyi, sinkretik qavranılma, obrazlar dairəsi