- Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (TÜRKLAD)
- Volume:4 Issue:2
- “QİYMƏTLƏNDİRMƏ” KONSEPTİNƏ SOSİAL-LİNQİVİSTİK BAXIŞ
“QİYMƏTLƏNDİRMƏ” KONSEPTİNƏ SOSİAL-LİNQİVİSTİK BAXIŞ
Authors : Sanam FARAJOVA
Pages : 375-382
Doi:10.30563/turklad.771217
View : 16 | Download : 15
Publication Date : 2020-12-20
Article Type : Research Paper
Abstract :Konsept koqnitiv dilçiliyin əsas sahələrindən, dilçiliyin isə müasir, yeni istiqamətlərindən biridir. Konsept nə qədər dildə milli səciyyə daşıyırsa, o qədər də universaldır. Konsept mədəniyyətin mərkəzi, bədii yaradıcılığın əsası, dilin ifadəliliyi, şüurun güzgüsüdür. Qiymətləndirici sözlər konsept daxilində ideyanı təcəssüm etdirən ifadəli, məcazi və mücərrəd mənalı anlamlardır. Qiymətləndirici mənalar, sözlər, leksemalar `Qiymətləndirmə` konseptinin daxilində cəmlənmişdir. “Qiymətləndirmə” konsepti qiymətləndirici xüsusiyyətə malikdir. Bu konseptə vahid istiqamət kimi baxmaq olmaz. Bu bir konseptin əhatə dairəsi deyil, ümumilikdə konseptlərin dil səviyyəsində məcmusudur .`Qiymətləndirmə` konseptinin quruluşu, strukturu barədə fərqli fikirlər mövcuddur. Ancaq onun təyin edilməsi üçün vahid bir forma yoxdur. Biz bu məqalədə müxtəlif konseptlər daxilində qiymətləndirici anlamları fərqli səviyyələrdə və istiqamətlərdə araşdırma aparmaqla aşkar edirik. Bu tədqiqatda alimlərin fikirləri böyük rol oynayır. Tədqiqatlar göstərir ki, bütün qiymətləndirici anlamlar, leksemlər `Qiymətləndirmə` konseptinə daxildir və digər konseptlər üçün baza rolunu oynayır. Qiymətləndirici anlamların strukturu tədqiq olunan zaman nəzərə alınan başlıca amil həmin sözlərin məxsus olduğu və istifadə olunduğu ərazidə yaşayan insanların, etnosların, millətlərin stereotipləri , milli, mədəni gerçəklikləri və duyğularıdır. Hər bir cəmiyyətin xarakteri və hadisələrə yanaşma tərzi “Qiymətləndirmə” konseptinin quruluşunu, strukturunu formalaşdıran vacib bir elementdir. Hər bir xalqın dünyagörüşü onun mədəni və əxlaqi dəyərlərin cəmidir. Məqalədə məqsəd dünyagörüşün şüurda yaratdığı mənzərə zamanı ortaya çıxan dil qaydalarını tədqiq etmək, səviyyələr üzrə qruplaşdırmaqdır və sosial mühitə təsirini araşdırmaqdır.Keywords : konsept, qiymətləndirmə konsepti, dil, şüur