- Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (TÜRKLAD)
- Volume:5 Issue:1
- XÜSUSİ AD HÜQUQİ KONTEKSTDƏ
XÜSUSİ AD HÜQUQİ KONTEKSTDƏ
Authors : Reyhan HABİBLİ
Pages : 13-21
Doi:10.30563/turklad.876881
View : 11 | Download : 6
Publication Date : 2021-06-20
Article Type : Research Paper
Abstract :Onimik sistemdə qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbinə uyğun olaraq onomastikanın inkişafına xidmət edən aktual problemlərdən biridir. Onimiya sahəsində nizamlamanın başlıca vasitəsi bu adların rəsmi formalarının kodifikasiyasıdır. Onomastikada kodifikasiya insert ignore into journalissuearticles values(məcəllələşdirmə); xüsusi adlarla bağlı normativ hüquqi aktların forma və məzmun baxımından təkmilləşdirilməsi yolu ilə sistemləşdirilməsi və dil normalarının nizama salınmasıdır. Cəmiyyətdəki sosial, siyasi dəyişikliklər müxtəlif münaqişəli nitq situasiyalarının yaranmasına və bunun nəticəsi kimi, xüsusi linqvistik və fənlərarası araşdırmalar tələb edən tətbiqi məsələlərin çoxalmasına səbəb olur. Belə münaqişələrin nizama salınması çox vaxt hüquqi müdaxilə tələb edir. Məqalənin obyekti Azərbaycan dilindəki xüsusi adlardır. Tədqiqatın məqsədi onomastikada kodifikasiya fəaliyyətinin prinsiplərini müəyyənləşdirmək, xüsusi adın yerinə yetirdiyi funksiyaları təhlil etmək, Azərbaycan onomastikası sahəsində işlərin sistemləşdirilməsi və koordinasiyası üzrə təkliflər irəli sürməkdir. Məqalənin metodoloji bazasını sistemli analiz, təsviri, kompleks və təsnifat metodları təşkil edir. Məqalədə dil vahidləri kimi xüsusi adların hüquqi sahədə işlənməsinin spesifikası şərh edilir, ad formalarının məcəllələşdirilməsindən, bu prosesi şərtləndirən amillərdən, onomastik fəaliyyətin əsas istiqamətlərindən bəhs olunur.Keywords : onim, Kodifikasiya, Onomastika, Hüquqi Linqvistika, Onomastik Sistem