- Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (TÜRKLAD)
- Volume:8 Issue:2
- AZƏRBAYCAN DİLİNİN DİALEKTLƏRİ VƏ ƏSİRƏDDİN ƏBU HƏYYAN ƏL-ƏNDƏLUSİNİN “KİTAB ƏL-İDRAK Lİ-LİSAN ƏL-ƏT...
AZƏRBAYCAN DİLİNİN DİALEKTLƏRİ VƏ ƏSİRƏDDİN ƏBU HƏYYAN ƏL-ƏNDƏLUSİNİN “KİTAB ƏL-İDRAK Lİ-LİSAN ƏL-ƏTRAK” ƏSƏRİNDƏKİ ORTAQ DİL VAHİDLƏRİ
Authors : Galibe Hacıyeva
Pages : 295-316
Doi:10.30563/turklad.1442021
View : 22 | Download : 20
Publication Date : 2024-12-20
Article Type : Research Paper
Abstract :Çağdaş türk dilləri və dialektlərinin tarixi tədqiqində xalq danışıq dili və folkloru, eyni zamanda bu dildə yazılmış qədim yazılı ədəbi-tarixi əsərlərlə yanaşı, həm də xarici tədqiqatçıların müxtəlif dövrlərdə türk dilinə həsr olunmuş nəzəri tədqiqatları əsas mənbə hesab olunur. Türk dillərinin tarixi-dialektoloji müstəvidə araşdırılması üçün ən dəyərli tarixi mənbələrdən biri XIII əsrin ərəb alimi Əsirəddin Əbu Həyyan əl-Əndəlusinin “Kitab el-idrak li-lisan əl-ətrak” əsəridir. İki hissədən ibarət olan bu əsərin birinci hissəsi təxminən 135 səhifəlik lüğətdən ibarət olub, 51 səhifəlik ikinci hissəsi isə əski qıpçaq türkcəsinin qrammatik qaydaları haqqındadır. Əbu Həyyanın qədim qıpçaq türkcəsi ilə bağlı araşdırmaları göstərir ki, türk dilləri ailəsinin oğuz qrupunun oğuz-səlcuq yarımqrupuna aid olan Azərbaycan ədəbi dilinin formalaşmasında qədim qıpçaq türkcəsinin də mühüm rolu vardır. Əsərdə türk dillərinin, o cümlədən Azərbaycan türkcəsinin tarixi ilə bağlı çox maraqlı məlumatlar var. Əsər vasitəsilə çağdaş Azərbaycan və Türkiyə türkcələrində söz yaradıcılığı prosesinin tarixini izləmək, eləcə də Azərbaycan və Anadolu dialektlərinin tarixi etnolinqvistik təbəqəsini, bu dilin tarixi leksik-semantik və qrammatik xüsusiyyətlərini, eləcə də qədim Azərbaycan – türk onomastik sistemini də asanlıqla izləmək üçün kifayət qədər material əldə etmək və araşdırmaq mümkündür.Əbu Həyyanın qıpçaq dilinə həsr olunmuş bu lüğətindəki mövcud bürkü-isti, arqun-yavaş, budamaq-ağacların qol-budağını kəsmək, bacanaq – bacıların həyat yoldaşları, bürçək – tel, bardı – getmək, burunduruq – boyunduruq, burğu – burğu, birükdürdi –birikdirmək, toplamaq, bərkitdi – yerləşmək, güclənmək, büzdi – torbanın ağzını darlaşdırdı, irtə - ertə, yürəksiz – qorxaq, yığın – yığılmış, yıraq – iraq, yorğa – yavaş, göyündi – göynədi, muştuqi – muştuluq, kilit – açar, kərki – kəsici alət, qavut – qovrulmuş və üyüdülmüş buğda, çisə-narın yağış kimi sözlərin 80-90%-nin çağdaş Azərbaycan və Türkiyə türkcəsinin həm ədəbi dilində, həm də dialektlərində işləkliyini nzərə alsaq, çağdaş Azərbaycan və Türkiyə türkcəsinin formalaşmasında oğuz dili qədər qıpçaq dilinin də önəmli rol oynadığını görmək mümkündür.Keywords : Əbu Həyyan, Azərbaycan, Türkiyə, Oğuz, Qıpçaq