- Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (TÜRKLAD)
- Volume:8 Issue:2
- TÜRK ETNİK-EPİK DÜŞÜNCƏSİNDƏ ÇADIR OBRAZI (“KİTABİ-DƏDƏ QORQUD” ƏSASINDA)
TÜRK ETNİK-EPİK DÜŞÜNCƏSİNDƏ ÇADIR OBRAZI (“KİTABİ-DƏDƏ QORQUD” ƏSASINDA)
Authors : Nizami Adışirinov
Pages : 341-349
Doi:10.30563/turklad.1503600
View : 18 | Download : 18
Publication Date : 2024-12-20
Article Type : Research Paper
Abstract :Çadır Türk-etnik mədəni sisteminin ən vacib elementlərindən hesab edilirdi. Çünki, əsasən, köçəri həyat tərzi keçirən Türklər üçün tez bir zamanda qurulub söküləbilən yaşayış yeri daha rahat idi. Bu yaşayış məskəninin quruluşca müxtəlif növləri mövcud idi. “Dədə Qorqud”da çadır yurd, ağ ban ev, otaq, çadır, oda, gərdək, bargah və s. adlarla təsvir olunur. Çadır eyni zamanda təkcə yaşayış yeri kimi yox, həm də mifoloji düşüncənin bədii ifadə şəkli olan dünya modelini də simvolizə edirdi. Türklərin inanc və düşüncə tərzi onların çadır ənənəsinə də yansımışdır. Bu da öz növbəsində göstərir ki, çadır Türk mədəniyyətinin ən vacib ünsürlərindəndir. Çadır Türk düşüncəsində kiçik dövlət nizamını – ailəni simvolizə etməklə bərabər, həm də geniş mənada Türkün arxaik inancında dünya modelini simvollaşdırırdı. Türk öz epik təfəkküründə çadırdan dünyanı metoforik qavrama vasitəsi kimi istifadə edirdi. Çadırın quruluşu, dirəkləri, dizaynı dünyanı xatırladırdı. Türkün qurduğu çadır həm də həyatın başlanğıcı sayılan dörd ana ünsürü (od, su, hava, torpaq) özündə ehtiva edirdi. Çadırın “göy ala çəmənin üstündə qurulması” onu torpaq ünsürü ilə, içərisində “qorluq” adlanan ocaq yerinin olması isə onun od ünsürü ilə əlaqəli olduğunu göstərir. Çadırın üst tərəfində havanın rahat daxil olmasını, tüstünün rahat çıxa bilməsini təmin edən dəlik isə onu hava ünsürü ilə əlaqələndirir. Su isə hər zaman Türk tayfaları üçün ən önəmli həyat qaynağı hesab edilirdi.Keywords : Çadır, Yurd, Ağ Ban Ev, Otaq, Dədə Qorqud