- Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (TÜRKLAD)
- Volume:8 Issue:2
- AZƏRBAYCAN DİLİ ŞİVƏLƏRİNDƏ ƏLAMƏT BİLDİRƏN SÖZLƏR
AZƏRBAYCAN DİLİ ŞİVƏLƏRİNDƏ ƏLAMƏT BİLDİRƏN SÖZLƏR
Authors : Sevinc Qemberova
Pages : 361-376
Doi:10.30563/turklad.1519654
View : 52 | Download : 21
Publication Date : 2024-12-20
Article Type : Research Paper
Abstract :Məqalədə Azərbaycan ədəbi dilində rast gəlinməyən, ancaq müxtəlif şivələrində istifadə olunan əlamət bildirən sözlər sistemli şəkildə araşdırılmışdır. Azərbaycan dilinin bir çox şivələri monoqrafik yolla kifayət qədər tədqiq olunmuş, dialektoloji lüğətlər, atlaslar tərtib edilmiş, eyni zamanda yeri gəldikcə digər qohum dillər və onların şivələri ilə (Zabitə Teymurlu, Sevinc Qəmbərova, Qalibə Hacıyeva, Əlvan Cəfərov və b.) də müqayisəyə edilmişdir. Ancaq əlamət bildirən sözlər ayrıca olaraq işlənilməmişdir, dərsliklərdə də olduqca yığcam şəkildə (isimlər və feillərdən fərqli olaraq) öz əksini tapmışdır. Bu baxımdan mövzu xüsusi aktuallıq kəsb edir və həm ali məktəblərin bakalavriat və magistratura səviyyələrində fənnin tədrisi prosesində istifadə edilə bilər, həm də dilçiliyin türkologiya və dialektologiya sahələrinin tədqiqatçılar üçün faydalı və əhəmiyyətli bir araşdırma rolunu oynaya bilər. Məqalədə Azərbaycan dili şivələrində işlədilən əlamət bildirən sözlərin mikro və makro arealı da öz əksini tapmışdır. Belə ki, bu sözlərdən bəziləri bir şivədə, bəziləri isə bir neçə şivədə müşahidə edilir. Sözlər, əsasən, “Azərbaycan dilinin dialektoloji lüğəti”(2007), “Qərbi Azərbaycan şivələri lüğəti”(2008) kitablarından seçilmiş, Azərbaycan dili ilə birlikdə oğuz qrupunda olan digər türk ədəbi dillərinə (türk dili, türkmən dili, qaqauz dili) aid olan sözlüklər ilə (“Türkçe Sözlük”, 1998; “Tükmence-Türkçe Sözlük”, 1995; “Gagauz türkçesinin sözlüğü”1991) müqayisəyə cəlb olunmuş və ortaq olan sözlər müəyyən edilmişdir. Hazırda Azərbaycan ədəbi dilində işləkliyini itirən, müxtəlif şivələrində isə qorunub saxlanılan əlamət bildirən sözlər Kaşğarinin lüğəti, şifahi xalq ədəbiyyatı nümunələri (“Dədə-Qorqud kitabı”, “Oğuznamə”), klassiklərin dili (İmadəddin Nəsimi) müqayisə edilmiş və həmin mənbələrdə işlədilən nümunələr məqalədə öz əksini tapmışdır.Keywords : Azərbaycan, Şivə, Söz, Əlamət