- Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (TÜRKLAD)
- Volume:8 Issue:2
- KİRİL QRAFİKALI ALTAY ƏLİFBASI
KİRİL QRAFİKALI ALTAY ƏLİFBASI
Authors : Dilber Camali
Pages : 287-294
Doi:10.30563/turklad.1548048
View : 27 | Download : 26
Publication Date : 2024-12-20
Article Type : Research Paper
Abstract :Altay türklərinin də Çar Rusiyası dövründə və daha sonra Sovetlər dönəmində əlifba prosesi digər türk xalqları kimi çətinliklə keçmişdir. Türkologiyada “missioner əlifbası” adlandırılan bu əlifbalardan Çar Rusiyası türk xalqlarını öz hakimiyyəti altına almaq və onları istədiyi kimi assimlyasiya etmək üçün istifadə edirdi. Kiril qrafikalı Altay əlifbası da bunlardan biri idi. Təbii ki, bu əlifbanın mənfi və müsbət tərəfləri var idi. Bu əlifbaların qəbul edilməsi Altay türkləri arasında savadlanma prosesini sürətləndirsə də, əlifbanın komisiya tərəfindən dəfələrlə dəyişdirilməsi ziddiyyətliliyə səbəb olurdu. Üstəlik əlifbadakı bəzi qrafik işarələr Altay dilinin səs sistemini əks etdirmirdi. Məqalədə kiril qrafikalı Altay əlifbasının qəbul edilmə prsosesi və bu əlifbanın mənfi və müsbət tərəfləri təhlil edilmişdir.Keywords : Altay Dili, Kiril Qrafika, Əlifba, Səs, Hərf