XACU KİRMANİ İRSİNİN TƏDQİQ TARİXİ
Authors : Zehra Allahverdiyeva
Pages : 34-43
View : 43 | Download : 55
Publication Date : 2024-03-26
Article Type : Research Paper
Abstract :Dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin bədii irsi müstəsna əhəmiyyətli milli sərvətimiz olmaqla yanaşı, həmçinin ümumbəşər sivilizasiyasının nadir nümunəsidir. Nizami Gəncəvi əsərlərinin mövzu və süjetləri, ideyaları, sənətkarlıq meyarları XII əsrdən başlayaraq, Yaxın və Orta Şərq ədəbiyyatının aparıcı istiqamətlərindən birinə çevrilmiş, beş əsrdən artıq bir zamanda müəyyən siyasi-ictimai, mədəni – estetik mərhələlərdə ədəbiyyatı öz təsiri altında saxlaya bilmişdir ki, bu heç də sadə məsələ deyildir. Nizami Gəncəvi mövzularını davam etdirən Əmir Xosrov Dəhləvi, Xacu Kirmani, Qütb, Fəxri, Əvhədi Marağayi, Arif Ərdəbili, Əhmədi, Şeyxi, Əlişir Nəvai, Əbdi Şirazi, Cəfər Fərəhani, İmad Fəqih Kirmani, Katibi Turşizi, Nasir Nəcəfabadi, Əbdürrəhman Cami, Abdullah Hatifi, Məhəmməd Füzuli, Şirazi Məktəbi, Ətayi Nevizadə, Cəlili və yüzlərlə başqa istedadlı sənətkarların yaradıcılığının tədqiqi Şərqdə ədəbi əlaqələrin inkişafının öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Öncə qeyd etmək lazımdır ki, “Nizami Gəncəvi və Şərq xalqları ədəbiyyatı” mövzusu dünya şərqşünaslıq elminin çoxcəhətli problemləri və istiqamətləri olan nəhəng bir sahəsidir. Bu geniş problemin zəngin aspektləri üzrə indiyədək dünya və Azərbaycan nizamişünaslığında mühüm tədqiqatlar aparılmışdır. Ş.Rye, P.Xammer, F.Erdman, Şefer, Baxer, Pitsi, E.Braun, A.Krımski, Y.İ.Kraçkovski, Y.E.Bertels, H.Araslı, M.Mübariz, M.Rəfili, A.S.Ləvənd, Y.Ripka, Z.Səfa, M.Moin, Ə.S.Xansari, S.Nəfisi, K.Ayni, F.Köprülü, A.S. Ləvənd, Q.Beqdeli, Q.Əliyev, S.N.Kirmani, N.Sayfiyev, H.Ayan, R.Əliyev, R.Azadə, X.Yusifli, N.Araslı, Ə.Abbasov, Ç.Sasani, M.Mahmudov, İ.Həmidov, T.Kərimli, M.Kazımov, M.Məhəmmədi, B. Quliyeva və başqa şərqşünas alimlər tərəfindən aparılmış çoxəsrlik elmi tədqiqatlara baxmayaraq, problemin bir sıra mühüm istiqamətlərinin daha geniş araşdırılmasına hələ də ciddi ehtiyac vardır. Təqdim olunan bu məqalədə Nizami ədəbi məktəbinin davamçısı, XIV əsrin məşhur fars şairi Xacu Kirmani irsinin tədqiq tarixi nəzərdən keçirilir, Xacu Kirmaninın həyatı və yaradıcılğının öyrənilməsi sahəsində əldə olunan nailiyyətlər qiymətləndirilir.Keywords : Hamse, Nizami Gencevi, Hacu yi Kirmani, tazkira, araştırma