- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:3 Issue:9
- XV. Əsr Mütəfəkkiri Əlaəddin Çələbinin “Taci-ədəb” Adli Əsərinin On Yeddi Əlyazmasi...
XV. Əsr Mütəfəkkiri Əlaəddin Çələbinin “Taci-ədəb” Adli Əsərinin On Yeddi Əlyazmasi
Authors : İnci Qasımlı
Pages : 59-76
View : 12 | Download : 8
Publication Date : 2016-12-01
Article Type : Research Paper
Abstract :XV əsr mütəfəkkiri Əlaəddin Çələbinib “Taci-Ədəb” əsərinin yazılımasından məlum olur ki, bu əsər bir ədəb kitabıdır. Müəllifə görə öyüdü və nəsihəti cəmiyyətdəki hər kəsdən öyrənmək lazımdır. Bununla da o, cəmiyyətin insanın tərbiyəsində böyük rolu olduğuna işarə edir. Müəllif əsərində cəmiyyətdəki insanların arasında riayət etmələri lazım olan bəzi qaydaların olduğunu, bu qaydalara riayət etməklə daha düzgün bir cəmiyyət yaradıla biləcəyini də oxuculara aşılayır. “Taci-Ədəb”in məzmunundan məlum olur ki, əsər elm öyrənmək, təhsil almaq, ədəb öyrənmək kimi sifətləri insanlara aşılayan və kamil insan konsepsiyasını özündə əks etdirən nəsihətamiz bir əsərdir. Əsərdən göründüyü kimi müəllif elmə çox böyük dəyər verir. Bu səbəbdən də valideynlərə mütləq uşaqlarını həm tərbiyəli, həm təhsilli böyütmələrini tövsiyə etməklə yanaşı, cəmiyyət həyatlndakı rolunu da bir aydınlıq gətirir. Bu səbəbdəndir ki, yazar əsərinin böyük bir hissəsində ailədə tərbiyəyə, məktəbdə elmə diqqət məsələsinə böyük yer vermişdir. Əsərdə qarşıya qoyulan ideyanın üzərindən əsrlər keçməsinə baxmayaraq, mövzuların hələ də dəyərini qoruyub saxlaması bu əsərin aktuallığını daha da artırır.Keywords : Əli ibn Hüseyn əl Amasi Əlaəddin Çələbi, Divan ədəbiyyatı, Taci ədəb, əlyazma