- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:3 Issue:9
- Azərbaycanın Qobustan Qayaüstü Abidələrində Qədim Türk Ailəsinin Dialoq Fəlsəfəsi” (Multikulturalizm...
Azərbaycanın Qobustan Qayaüstü Abidələrində Qədim Türk Ailəsinin Dialoq Fəlsəfəsi” (Multikulturalizm Kontekstində)
Authors : Xatirə Quliyeva
Pages : 1-14
View : 14 | Download : 7
Publication Date : 2016-12-01
Article Type : Research Paper
Abstract :Məlumdur ki, bu gün dünyanın müxtəlif regionlarında yaşam fəlsəfəsi kimi cərəyan edən, ideya və mahiyyətcə tarixi təcrübənin davamı olaraq meydana çıxmış, öz elmi izahını ”mədəni müxtəliflik”, həmçinin “çoxmədəniyyətlilik” kimi tapmış Multikulturalizm - bu ictimai-siyasi, aksioloji və hətta fəlsəfi antropoloji hadisə irili-xırdalı müxtəlif millətlərin, etnik qrupların marağından asılı olmayaraq bəşər yaranandan daim güclü təsirə malik olmuş və bütün cəmiyyətlərin tərəqqisinə gətirib çıxarmışdır. Eyni zamanda insan və əxlaq probleminin müxtəlif aspektlərini əhatə etdiyi üçün çoxmədəniyyətlilik proqramını, əsas da onun qaynaqlandığı dialoq fəlsəfəsini rədd etmək, yaxud bu yaşamı seçməmək mümkün deyildir. İnsanların belə ciddi “suallarına” cavab verən fəlsəfənin həmişə olduğu kimi qloballaşma adlanan indiki mərhələdə də ən ümdə vəzifəsi cəmiyyəti, tərəddüd və gərginlik içində olan həssas təbəqəni düzgün istiqamətləndirmək yollarını düşünüb tətbiq etməkdir. Bu zaman milli tarixi, ənənəni yeniləmək və naviqasiyalar aləmi ilə “dialoq” qurmaq çox vacibdir. Babalara, atalara, nənələrə oxşamaq, onlar kimi qonşuluq, dostluq, bir-birinin inancına, adət-ənənəsinə, sevincinə, kədərinə şərik olmaq keyfiyyətlərini dirçəltmək öz-özlüyündə elə modern yaşam fəlsəfəsi multikulturalizm ideyalarından çıxış etməkdir. Belə ki, multikulturalizmi yeni elm olaraq qəbul etdikdə onun qaynaqları ilk insanların tarixinə, mədəniyyətinə gedib çıxır. Ailələr, qəbilələr və davamında kiçik etnik toplumlar və daha sonralar böyük xalqlar və millətlər timsalında formalaşma, təşəkkül prosesi keçirmiş multikulturalizm -çoxmədəniyyətlilik prinsiplərinin izləri hələ yazılı ədəbiyyata qədər mifoloji, həmçinin daş abidələrdə sübuta yetir. Problemə bu aspektdən yanaşıldıqda tarixi ilk əjdadlarımızın dövrünə bağlı tarixi abidələr, qayaüstü petroqliflərdə, folklor, xalq yaradıcılığı və digər milli-mənəvi qaynaqlarda əksini tapmış qədim türk ailəsinin “dialoq fəlsəfəsi”, habelə multikulturalizm ənənələri zəngin elmi mənbə kimi diqqəti cəlb edir. Təqdim olunan məqalə müasiri olduğumuz illərdə dünyanın çox müxtəlif xalqlarının, millətlərinin, etnik toplumlarının sivil, demokratik, hüquqi inkişaf strategiyasının həllinə, bir planeti bölüşən vahid insan cəmiyyətinin irqindən. dinindən, dilindən. adət-ənənə və s. psixoloji, etnik varlığını xarakterizə edən xüsusiyyətlərindən asılı olmayaraq tolurantlıq şəraitində, azad, bərabər hüquqlu yaşam fəlsəfəsinə nail olunması üçün maarifləndirmə məqsədi daşıyır və eyni zamanda elmi fikirdə “dialoq fəlsəfəsi”, mədəni müxtəliflik probleminin öyrənilməsi mahiyyətində irəliyə doğru atılmış bir addım kimi əhəmiyyət kəsb edir.Keywords : Azərbaycan, Türk ailəsi, Qobustan qayaüstü abidələr, dialog fəlsəfəsi, multikuklturalizm