- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:4 Issue:12
- Hacı Bayram Vəli Şeirlərində Özünüdərkin Struktur Troyektoriyası
Hacı Bayram Vəli Şeirlərində Özünüdərkin Struktur Troyektoriyası
Authors : Xuraman HUMMATOVA
Pages : 37-53
View : 14 | Download : 7
Publication Date : 2017-08-25
Article Type : Research Paper
Abstract :XIV əsr Türk təsəvvuf şeirini yaranmasında və inkişafında böyük rolu olan övliya şairlərdən biri də Hacı Bayram Vəli (1352-1436 ) olmuşdur. Onun yaratdığı təsəvvuf məzmunlu şeirlər həm özündən əvvəl yaranan (Yunus Emre) təriqət poeziyasından bəhrələnmiş, həm də özündən sonra yazıb –yaradan həm də (Məsələn: Yazıcızadə Məhəmməd Əfəndi hocasını öyərək deyirdi: Cihanın kutbi mahı Hacı Bayram, Cihanın şeyhi, şahı Hacı Bayram) təsəvvuf şeirinə güclü təsiri olmuşdur Hacı Bayram Vəlinin ünlü bir övliya olacağını hələ şairin dünyaya gəlməzdən əvvəl haqqında yaranan yarıhəqiqət, yarırəvayət olan məlumatlardan görürük. Bu rəvayətlər sonradan həqiqətə çevrilərək haqqa doğru yolçuluq edən övliya şairin əməllərində gerçəkləşdi. Poeziyasında təsəvvuf əhlinin özünü bilməsi ideyasını təbliğ edən şair şeirlərinin birində deyir: “bilmək istərsən səni, can içrə ara canı, Keç canından bil onu, sən səni bil, sən səni” Təsəvvuf əhlinin kodlaşmasında ən mühüm olan amillərdən biri və birincisi özünü bilməsidir. Belə bir aforizim də var ki, “kəndini bilən, rəbbini bilər” prinsipi təsəvvuf elmində əsasın əsasıdır. Həyatı boyunca haqqa doğrü yolçuluq edən şair seyri-süluk boyunca təsəvvuf traktoriyası üzrə hərəkət etmişdir. O, təsəvvuf elminin, sirlərini (şəriət, təriqət, mərifət, həqiqət) mükəmməl bilmiş və həyatı boyunca onlara əməl etmişdir. Həyatından məlum olur ki, bir pirdən dərs alması, bir dərgaha qoyub getdiyi təriqətin sonradam davamçılarının yetişməsi, şairin haqqa doğru yolçuluğunun məziyyətlərini bizə göstərir. Mütəsəvvuf şair bunların bəzilərini əməli işlərlə yerinə yetirirdisə, bəzilərini isə, yəni Qurani-Kərimin ideyalarını şeir dili ilə insanlara sevdirirdi. “Ey könul, tərk eylə sivayi maksudi aksayi gör, Li məallah sirrinə ir mətləbi əl ayi gör” deyən şair könlünə müraciət edərək, artıq ilahi mətləblərin sirrindən agah olmasını ona tövsiyə edir . Şairin yaradıcılığına arşdıran mütəxəsislər haqlı olaraq onun şerilərini bir qisminin Yunus Əmrə təsirindən yarandığını göstərirlər. Hacı Bayram Vəlinin bəzi şeirləri var ki, onların ifadə tərzi Yunusun şeirləri ilə üst-üstə düşür. “Çələbim bir şar yaratmış iki cihan arasında” misrası ilə başlayan şeiri Yunusun “Bu dünyanın məsəli bir ulu şara bənzər” misrası ilə başlayan şeiri ilə səsləşir.Keywords : Hacı Bayram Vəli, salık, Yunus Əmrə, təsəvvuf