- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:4 Issue:12
- “Şahnamə” Qəhrəmanlarının Nədim Divanı”nda Təsviri
“Şahnamə” Qəhrəmanlarının Nədim Divanı”nda Təsviri
Authors : Aygün YUSUBOVA
Pages : 204-228
View : 16 | Download : 11
Publication Date : 2017-08-25
Article Type : Research Paper
Abstract :Firdovsinin “Şahnamə” əsəri qədim İran əfsanələrinə əsaslanan mənzum dastandır. Bundan sonra Şərq ədəbiyyatında “Şahnamə” yazma və “Şahnamə” qəhrəmanlarının əsərlərdə təsvir etmə ənənəsi başlamışdır. Məlimdur ki, Şərq mədəniyyətinə aid bu mifolojik qəhrəmanlar bütün dövr türk şeirinə öz təsirini göstərmişdir. Divan ədəbiyyatı da mifolojik mənbə olaraq İran əsatirlərindən təsirlənmişdir. İran dastanları ilə əlaqədar mənbələrin Nədim şeirinə təsirini araşdırarkən bu mənbələrdən birinin “Şahnamə” olduğunu gördük. Məqalədə də qeyd etdiyimiz kimi Nədim Divanında adı keçən mifolojik və əfsanəvi şəxslərin təsbit edilməsində məqsədimiz, bu qəhrəmanların Nədim yaradıcılığında hansı şəkildə təsvir edildikləri ilə yanaşı bu şəxslər və mənsub olduqları coğrafiya haqqında geniş məlumatlar əldə etmək idi. Onu da qeyd edək ki, çalışma əsnasında bəzi qəhrəmanların əfsanəvi ya da tarixi şəxsiyyət olduqları ilə əlaqədar bir tərəddüd yaşandı. Çünki yüz illər boyunca bu qəhrəmanlar ətrafında o qədər əfsanələr yaradılmışdı ki, onların tarixi şəxsiyyətini meydana çıxarmaq imkansız olmuşdur.Keywords : Şahnamə, Nədim, mifolojik şəxslər, Cəmşid, İsgəndər, Fəridun