- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:5 Issue:18
- Gürcü Çarı Qurucu Davidin İşğalları Dövründə Şəki Torpaqları
Gürcü Çarı Qurucu Davidin İşğalları Dövründə Şəki Torpaqları
Authors : Şirinbəy ƏLİYEV
Pages : 442-455
View : 11 | Download : 8
Publication Date : 2018-12-23
Article Type : Research Paper
Abstract :Abxaz-Kartli çarı Qurucu David XI əsrin sonlarında ölkəsinin qüdrətini bərpa etməyə və xalqın yadellilərə qarşı mübarizədə qələbəyə inamını özünə qaytarmağa nail oldu. Gürcü mənbəsinə görə, 1097-ci ildə Qurucu David səlcuq sultanına xərac ödəməyi dayandırdı və artıq səlcuqlar Kartlidə qışlaya bilmədilər. Bu isə Abxaz-Kartli çarlığının sultandan asılılığının aradan qalxması demək idi. Ölkədə səlcuq ağalığına son qoyan Qurucu David qonşu dövlətləri, xüsusilə də Tiflis müsəlman əmirliyini, Şəki (Hereti-Kaxeti) çarlığını və Şirvanşahlar dövlətini ələ keçirmək istiqamətində ciddi hazırlıqlara başladı. Xilafətin süqutundan sonra Albaniyanın qanuni varisi kimi meydana gəlmiş və “albanların çarı” titulunu özündə saxlayan Şəki çarlığı 886-1104-cü illərdə, təxminən 230 ildən çox mövcud olmuşdur. Kürdən şimala Qəbələdən Telaviyədək torpaqları əhatə edən Şəki çarlığının ərazisi 1014-cü ildə Kaxeti knyazlığı ilə siyasi birləşmədən sonra qərbdə Araqvi çayınadək uzanmışdı. Müvafiq dövrdə Azərbaycanda yaranmış digər feodal dövlətləri (Sacilər, Salarilər, Rəvvadilər, Şirvanşahlar, Şəddadilər) sırasında Şəki çarlığı əhalisinin böyük əksəriyyətinin xristian olması ilə seçilirdi. 1101-ci ildə Şəki çarlığına qarşı başlatdığı ilk lokal xarakterli hərbi əməliyyatlardan sonra, Qurucu David 1104-1117-ci illərdə bəzi yerli Şəki feodal qruplarının köməkliyi ilə Şəki çarlığının ərazisini ələ keçirməyə müvəffəq olmuşdu. Abxaz-Kartli çarı Qurucu Davidin güclənərək, öz ölkəsinin hüdudlarından kənarda səlcuqları sıxışdırmağa başlaması sultanı və Gəncə atabəyini Şəki ölkəsinə hərbi müdaxilə etməyə vadar etmişdi. Lakin Ersuxi savaşında Qurucu David səlcuqlar üzərində ilk böyük qələbəsini qazana bilmişdi. İşğaldan sonra, Qurucu David, özünün “abxazlar və kartvellər çarı” tituluna “ranların/albanların və kaxların çarı” titulunu əlavə etmişdi. Müsəlman qaynaqlarında isə o, “Abxaz, Şəki, Alan.... çarlar çarı” kimi qeyd olunur. Qurucu Davidin işğalçı yürüşləri nəticəsində Şimal-Qərbi Azərbaycan torpaqlarında yaranmış və 230 ildən çox mövcud olan Şəki çarlığı süqut etmiş, Abxaz-Kartli çarlığının tərkibinə qatılmış, onun ərazisində iki hərbi-inzibati dairə: Şəki/Hereti eristavlığı və Kaxeti eristavlığı yaradılmışdı. Qurucu David keçmiş Şəki çarlığı əhalisindən (mənbədə herlər və kaxlar) ibarət böyük qoşun dəstələri düzəldərək öz ordularının tərkibinə daxil etmişdi.Keywords : Şəki, feodal, gürcü çarı, savaş