Ərəb Mənbələrində Arran Şəhəri Tiflis
Authors : Şahlar ŞƏRİFOV
Pages : 1097-1111
View : 7 | Download : 9
Publication Date : 2019-07-05
Article Type : Research Paper
Abstract :Xilafət dövründə Arran deyildikdə əsasən Azərbaycan Albaniyasının əraziləri nəzərdə tutulurdu. Orta əsr ərəb mənbələri, səyyahları, coğrafiyaşünasları Tiflisin Arranda üçüncü böyük şəhər olduğunu qeyd edirlər. Eyni zamanda strateji əhəmiyyətinə görə Tiflisi İslamın sərhəd şəhəri adlandırıblar. Əhaliyə gəlincə Tiflisin əhalisi sünni məzhəbindən olan müsəlmanlardan ibarət olmuşdur. Şəhəri isə Cəfərilər sülaləsi idarə etmişdir. Bu ərazilərdə tarixən türk mənşəli buntürk və hunlar yaşamışlar. Tiflisdə türk mənşəli yer adlarının olması, Tiflisin cənubuna qədər olan ərazilərdə Azərbaycan türklərinin kompakt məskunlaşması, tədqiqatçılar tərəfindən əmirliyin tarixinin və mənşəyinin saxtalaşdırılması məsələsinə xüsusi diqqət yetirməyi daim aktual və zəruri edir. Ərəb müəlliflərinin əsərlərində Tiflisin Arranın – Albaniyanın – Şimali Azərbaycanın sərhəd şəhəri kimi qeyd edildiyi, əhalinin eynilə Azərbaycan əhalisi kimi sünni müsəlmanlar olduğu nəzərə çarpır. Gürcü mənbələri Tiflis ətrafı ərazilərdə qədimdən türk tayfalarının məskunlaşmasını qeyd etməklə buraların türk torpağı olduğunu qeyd etmiş, Tiflis haqqında ilk dəfə IV əsrin II yarısında, buranın Sasani qoşunları tərəfindən müdafiə qalası kimi istifadə edilməsindən sonra məlumat vermiş, bununla da şəhərin IV əsrə kimi onlara yad olduqlarını göstərmişlər.Keywords : Arran, Tiflis, Curzan, Dəbil, Həbib ibn Məsləmə