- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:6 Issue:3
- Fiqh elminin metodologiyası və hədisşünaslıqla olan əlaqəsi (Şiə məzhəbi kontekstində)
Fiqh elminin metodologiyası və hədisşünaslıqla olan əlaqəsi (Şiə məzhəbi kontekstində)
Authors : İbrahim QULİYEV
Pages : 1786-1801
View : 13 | Download : 8
Publication Date : 2019-09-30
Article Type : Research Paper
Abstract :Fiqh üsulu İslam ilahiyyatında xüsusi və əhəmiyyətli bir yerə sahibdir. Bu elm vasitəsi ilə şəriətin (İslam hüququnun) metodoloji əsasları, dəlilləri, onların əhəmiyyəti, növləri və digər xüsusiyyətləri öyrənilir. Fiqh üsulu alimlərinə görə, dəlil dedikdə, düzgün hökm verməyə səbəb olan və ya bir hökmün əsaslı olduğunu təmin edən vasitə nəzərdə tutulur. Deməli, fiqhdə dəlil dedidkdə, ümumiyyətlə, fiqhi bir hökmün dini-hüquqi dayağı başa düşülür. Buradan belə aydın olur ki, fiqh elminin əsasları (üsuli-fiqh) elmi vasitəsi ilə dəlillərdən hökm əldə edilməsinin yolları öyrənilir.Şiə məzhəbində dəlil və digər üsuli istilahları tədqiq edərkən sözgedən məzhəbin daxilində meydana gələn üsul qollarının - Əxbarilər və Üsulilərin – bu mövzudakı qeyd etdikləri diqqətdən kənarda qalmamalıdır. Çünki Əxbarilərə görə, şəri hökmlərin dəlilləri yalnız Qurani-Kərim və hədisi-şəriflərdən (sünnədən) ibarətdir. Hədisi-şərif həzrət Peyğəmbər (s) və məsum on iki İmamın (ə) söz, fel və təqrirləri olaraq qəbul edilmişdir. Bu mövzuda məşhur Əxbari alimi Məhəmməd Əmin əl-Astrabadinin (öl. 1626) fikri qeyd edilə bilər. Ona görə, Uca Allah qiyamətə qədər ümmətin ehtiyac duyduğu hər şeyi bildirmiş, Quran və Peyğəmbərin (s) sünnəsi də yalnız itrət-məsum İmamların (ə) da daxil olduğu Əhli-beyt (ə)-tərəfindən bilinə və izah edilə bilər.Keywords : Fiqh İslam hüququ, Hədis, Tarix