- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:6 Issue:5 - AKADEMİK TARİH VE DÜşÜNCE DERGİSİ- Prof. Dr. Yagub Mahmudov 80. Year Armağanı Special Issue/
- Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalının başlanması Türkiyə tarixşünalığında...
Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalının başlanması Türkiyə tarixşünalığında
Authors : Vidadi UMUDLU
Pages : 257-273
View : 8 | Download : 7
Publication Date : 2019-12-30
Article Type : Research Paper
Abstract :XIX əsrin əvvəllərində çar I Aleksandrın Şərqi Gürcüstanın ilhaqına dair qərarı, Cənubi Qafqaz tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Bu hərəkət Azərbaycan torpaqlarının işğalına səbəb oldu. Azərbaycanda güclü bir dövlətin olmaması və ölkənin kiçik xanlıqlara bölünməsi bu işğalı daha da sürətləndirdi. Məqalədə XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Türkiyə tarixşünaslığında Şimali Azərbaycanın siyasi vəziyyətinin öyrənilməsi, Azərbaycan xanlıqlarının Osmanlı, İran və Rusiya dövlətləri ilə siyasi əlaqələri, habelə Şimal Azərbaycanın çar Rusiyası tərəfindən işğalının başlanması məsələsi araşdırılmışdır.Azərbaycan xalqının müstəmləkə rejiminə qarşı mübarizəsi, Rusiya ordusu tərəfindən mülki şəxslərin vəhşicəsinə məhv edilməsi və Cavad xanın rəhbərliyi altında Gəncə xanlığının qəhrəman müdafiəsi Türkiyə tarixşünaslığında mühüm yer tutur. Məqalədə türk tarixçilərinin Qarabağ, Şəki, Şirvan, Dərbənd xanlıqlarının çar Rusiyası tərəfindən işğalına münasibətləri də əks olunmuşdur.Məqalə, Mehmet Saray, Sadiq Mufit Bilge, Nedim İpek, Cemal Gökce, Naki Keykurun (Şeyxzamanlı), Abdullah Saydam, Anıl Çeçen, Mustafa Budak və digər türk tarixçilərinin əsərləri əsasında tədqiq olunmuşdur. Problemin mənbə bazası da çox zəngindir. Başbakanlıq Osmanlı Arxivi (BOA) sənədləri və arxiv sənədlərinə əsaslanan kitablar problemlərin araşdırılmasında mühüm rol oynayır.Keywords : Çar Rusiyası, Şimali Azərbaycan