- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:6 Issue:5 - AKADEMİK TARİH VE DÜşÜNCE DERGİSİ- Prof. Dr. Yagub Mahmudov 80. Year Armağanı Special Issue/
- Səfəvi İmperiyası Ordusunun Quruluşu
Səfəvi İmperiyası Ordusunun Quruluşu
Authors : Rena NECEFOVA
Pages : 274-287
View : 14 | Download : 9
Publication Date : 2019-12-30
Article Type : Research Paper
Abstract :Azərbaycan Səfəvilər dövlətinin yaranması və bu dövlətin tərkibində şimallı-cənublu bütün Vətən torpaqlarının birləşdirilməsi, bununla da vahid mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradılması orta əsrlər tariximizdə müstəsna əhəmiyyətə malik olan hadisələrindəndir. İstər Vətən, istərsə də xarici öl¬kələrin tarixşünaslığında Səfəvilər dövlətinin tarixi ilə bağlı bir çox araşdırmalar aparılmış, bir sıra qiymətli tədqiqat əsərləri yazılmışdır. Bu əsərlər əsasən Səfəvilərin tarixinin siyasi, iqtisadi, sosial, mədəni məsələlərini əhatə etməklə Vətən tarixinin öyrənilməmiş səhifələrinin işıqlandırılmasına öz töhfəsini vermişdir.Bununla belə, Səfəvilər dövlətinin tarixi ilə bağlı lazımınca araşdırılmamış və ya¬xud təhrif olunmuş bir çox məsələlər hələ də qalmaqdadır. Bir sıra monoqrafiya və məqalələrdə Səfəvilər dövlətinin hərb tarixi ilə bağlı qiymətli məlumatlara rast gəlinsə də,bu məsələyə dair xüsusi araşdırma mövcud deyildir. Odur ki, problemin araşdırılmasına böyük ehtiyac vardır. Bu tədqiqat Səfəvilər dövlətinin ordu quruculuğunun öyrənilməsi sahəsində mövcud boşluğu aradan qaldırmaq məqsədi daşıyır.Məqalədə ilk mənbələr əsasında Azərbaycan Səfəvi imperiyası ordusunun quruluşundan bəhs olunur, bu ordunun Şah I Abbasın hakimiyyəti illərində (1587-1629) öz dövrünün ən qüdrətli nizamlı ordusu səviyyəsinə yüksəldiyi əsaslandırılır. Məqalədə ilk dəfə olaraq Səfəvi ordusunun quruluşu barədə indiyədək lazımınca tədqiqata cəlb olunmamış mənbələr əsasında yeni və maraqlı faktlar verilir.Keywords : Səfəvi dövləti, Şah I Abbas