- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:6 Issue:5 - AKADEMİK TARİH VE DÜşÜNCE DERGİSİ- Prof. Dr. Yagub Mahmudov 80. Year Armağanı Special Issue/
- Bakıda Azərbaycan Milli Siyasi Qüvvələri Və Sosialistlər Arasında Ziddiyyətlərə Dair (Mart-Sentyabr ...
Bakıda Azərbaycan Milli Siyasi Qüvvələri Və Sosialistlər Arasında Ziddiyyətlərə Dair (Mart-Sentyabr 1917)
Authors : Aygün AZİMOVA
Pages : 328-345
View : 11 | Download : 9
Publication Date : 2019-12-30
Article Type : Research Paper
Abstract :Məqalədə Rusiyada baş verən Fevral burjua-demokratik inqilabından sonra Bakıda başlayan siyasi mübarizənin ilkin dövrü tədqiq edilmişdir. Bu zaman hadisələr həmin dövr tarixini öyrənmək üçün başlıca mənbə olan dövrü mətbuata istinadən, müqayisəli təhlil aparılmaqla araşdırılmış, Bakıda Azərbaycan milli qüvvələri ilə sosialistlər arasındakı münasibətləri izah edəcək yeni məqamlar üzə çıxarılmışdır. İnqilabdan sonrakı ilk aylarda Bakıda baş verən hadisələr buradakı sosialistlər ilə Azərbaycan milli qüvvələri arasında ziddiyyətlərin olduğunu göstərmişdi. Milli ərazidə müxtəlif sosial-ictimai tədbirləri həyata keçirməklə öz siyasi məqsədlərinə çatmaq istəyən sosialistlər milli amilləri nəzərə almırdılar. Milli qüvvələr hər vəchlə inqilabi proseslərə qoşulmağa can atırdı. Lakin ilk gündən Azərbaycan milli qüvvələrinin sosialistlər tərəfindən inqilabi proseslərdən təcrid olunması xətti götürülmüşdü. Sosialist qüvvələr müsəlman əhalinin siyasi cəhətdən kifayət qədər şüurlu olmadığını və ətalətli kütlə olduğunu iddia edərək demokratik orqanlarda təmsil olunmalarına laqeyd yanaşır və bunu yalnız deklarativ olaraq qəbul edirdilər. Həm ərzaq komitələrinə seçkilər, həm də mədən rayonlarının şəhərə birləşdirilməsi məsələsi sosialistlərə müsəlmanların bir güc olduğunu nümayiş etdirir və onlara etibar edilməsini tələb edirdi.Keywords : Azərbaycan milli siyasi qüvvələri, sosialist qüvvələr