Ərəb-Xəzər Müharibəsi və Azərbaycan
Authors : Şahlar ŞƏRİFOV
Pages : 685-699
View : 24 | Download : 29
Publication Date : 2020-03-30
Article Type : Research Paper
Abstract :Ərəblər və xəzərlər arasındakı ilk əlaqə raşidi xəlifəsi Ömər ibn Xəttabın (634-644) dövrünə təsadüf edir. Ərəblər və xəzərlər arasındakı münasibətləri hərbi-siyasi, dini-mədəni və iqtisadi əlaqələrə bölmək olar, hərbi-siyasi əlaqələrin aktiv dövrü 642-656, 681-737-ci illər və Abbasilər xilafətinin (750-1258) ilk 60 ilinə təsadüf edir. Abbasi xəlifə Harun ər-Rəşidin dövründən (786-809) başlayaraq tərəflər arasında iqtisadi əlaqələr daha çox inkişaf etmişdir.Ərəb-Xəzər qarşıdurması ərəb qoşunlarının Azərbaycanın bir çox şəhərlərini, o cümlədən Dərbəndi sülh yolu ilə ələ keçirməsindən sonra baş verdi. Orta əsr ərəb mənbələrində xaqanlığa hücum edən ərəblər haqqında bir çox məlumat verilmişdir. Ərəblərin məşhur sərkərdə Salman ibn Rəbiənin başçılığı ilə 643-cü ildə Bələncər şəhərinə hücumu Ərəb-Xəzər müharibələrinin başlamasına səbəb oldu.Hərbi əməliyyatlar əsasən Azərbaycan və ona bitişik ərazilərdə baş verdiyi üçün ən çox Azərbaycan xalqı əziyyət çəkirdi. Ərəb-Xəzər müharibələri dövrü, əsasən, Əməvilər (661-750) dövrünə təsadüf edir. Bu dövrü Xəzər-türk dövlətçiliyinin birinci hissəsi kimi qiymətləndirmək olar. Bu dövrü, Xəzər dövlətinin yaranması, möhkəmlənməsi, ərazilərinin genişləndirilməsi, ən başlıcası isə, Ərəb xilafəti kimi güclü ideoloji silahla silahlanmış bir imperiyanın şimala doğru yürüşünün qarşısını məharətlə ala bilən bir güc kimi xarakterizə edə bilərik.Keywords : Ömər əl Xəttab, Osman əl Əffan, Salman ibn Rabiə