- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:7 Issue:1
- Ararat (Ermənistan) Respublikasının Azərbaycanın Qarabağ bölgəsində Soyqırımı və Etnik Təmizləmə Siy...
Ararat (Ermənistan) Respublikasının Azərbaycanın Qarabağ bölgəsində Soyqırımı və Etnik Təmizləmə Siyasəti (1918-1920)
Authors : Nigar CAMALOVA
Pages : 719-732
View : 11 | Download : 9
Publication Date : 2020-03-30
Article Type : Research Paper
Abstract :Bu məqalədə Ararat (Ermənistan) Respublikasının 1918-1920-ci illərdə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi soyqırımları, hərbi təcavüzü və regiondakı beynəlxalq vəziyyət ətraflı araşdırılmışdır. Tədqiqat zamanı mənbələr əsasında yeni faktlar aşkarlanmış və mühüm nəticələr əldə edilmişdir.Məqalədə qeyd edilən 15 avqust 1919-cu il razılaşması ilə Qarabağda yaşayan azsaylı ermənilər Azərbaycan hakimiyyətini tanıyır, Qarabağın Azərbaycan torpağı olmasını etiraf edirlər. Razılaşmanın şərtlərindən o da məlum olur ki, ermənilər azərbaycanlıları Qarabağdan getməyə məcbur edərək etnik təmizləmə siyasəti həyata keçiriblər. Tədqiqatın nəticəsində məlum olur ki, Azərbaycan hökuməti 1918-1920-ci illərdə Qarabağı Ermənistan Respublikasının hücumundan, soyqırımı və etnik təmizləməsindən xilas etmək üçün əhəmiyyətli tədbirlər həyata keçirmişdir. Azərbaycan hökumətinin diplomatik manevrləri, düşünülmüş xarici və daxili siyasəti nəticəsində Ermənistan hökuməti 1918-1920-ci illərdə işğalçılıq siyasətini həyata keçirə bilmədi və Qarabağ bölgəsi Azərbaycanın tərkibində qaldı.Məqalənin yazılmasında arxiv sənədləri, sənəd və materiallar toplusu, Azərbaycan və rus dillərində nəşr olunan elmi ədəbiyyatlardan istifadə edilmişdir. Azərbaycanlıların soyqırımını, Dağlıq Qarabağla bağlı haqlı mövqeyimizi beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından məqalənin elmi və praktik əhəmiyyəti vardır.Keywords : Azərbaycan, Qarabağ, erməni, soyqırım