- Akademik Tarih ve Düşünce Dergisi
- Issue:2
- Azərbaycan siyasi xadimlərinin XX əsrin əvvəllərində mövcud olan siyasi sistemlərdəki yeri
Azərbaycan siyasi xadimlərinin XX əsrin əvvəllərində mövcud olan siyasi sistemlərdəki yeri
Authors : Rahim HƏSƏNOV
Pages : 703-718
View : 14 | Download : 8
Publication Date : 2021-06-25
Article Type : Research Paper
Abstract :XX əsrin əvvəllərindən başlayaraq, Rusiya imperiyasında siyasi partiya və təşkilatların fəaliyyəti daha aktiv səciyyə almışdı. Belə ki, 1905-1907-ci illər inqilabı gedişində çar tərəfindən siyasi partiyaların açıq fəaliyyətinə icazə verilməsi, imperiyada siyasi aktivliyin artmasına gətirib çıxardı. Həmin dövrdə imperiyanın bir parçası olan Azərbaycanda da siyasi aktivləşmə prossesləri gedirdi. Lakin bütün ölkədə olduğu kimi Azərbaycanda da siyasi eklektizm mövcud idi. Milli elitanın həmin dövrdə vahid siyasi xətt yürütməsi qeyri mümkün olduğundan, dövrün xadimlərinin fikir istiqamətlərinin tədqiqində çətinliklər yaranır. Romanovlar xanədanının süquqtundan sonra isə bu çətinliklər daha da artmış olur. Belə ki, əsas fikir istiqamətləri çar rejiminə qarşı mübarizə olan partiyaların böyük əksəriyyətində siyasi proqram dəyişikliyi baş verdiyindən, onların siyasi addımlarının araşdırılması prossesində tərsmütanasib fikirlər formalaşır.Keywords : türkçülük, islamçılıq, liberalizm romantizm realizm