- Akademik Tarih ve Düşünce Dergisi
- Issue:2
- Ermənistandakı Azərbaycan Toponimlərinə Dair Dövlət Siyasəti Və Nəticələri
Ermənistandakı Azərbaycan Toponimlərinə Dair Dövlət Siyasəti Və Nəticələri
Authors : Kərim ŞÜKÜROV
Pages : 747-768
View : 14 | Download : 18
Publication Date : 2021-06-25
Article Type : Research Paper
Abstract :Azərbaycanın tarixi İrəvan bölgəsində 1918-ci ildə Ermənistan dövləti yaradıldıqda buradakı toponimlərin böyük əksəriyyəti Azərbaycan mənşəli olub. 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra, Sovet Rusiyasının dəstəyilə onun ərazisi Azərbaycan torpaqları hesabına genişləndirilmiş, nəticədə orada Azərbaycan mənşəli toponimlərin sayı yenidən artmışdır. Ermənistanda həyata keçirilən erməniləşdirmə siyasəti daxilində Azərbaycan mənşəli yer adlarının dəyişdirilməsi məqsədyönlü dövlət siyasətinə çevrilmişdir. Məqalədə ilk dəfə olaraq Ermənistanda Azərbaycan mənşəli yer adlarının dəyişdirilməsinin dinamikasına dair cədvəl hazırlanmış, bu prosesin miqyası ilə dövlət hakimiyyətinin siyasi xətti arasında əlaqə araşdırılmışdır. Müəyyən edilmişdir ki, Ermənistanda mövcud olan bütün hakimiyyətlərin dövründə bu siyasət sistemli şəkildə həyata keçirilmiş, nəhayət oradakı Azərbaycan mənşəli yer adları tamamilə xəritədən silinmiş, böyük bir tarixi irs məhv edilmişdir. Nə tarixən, nə də müasir dövrdə dünyanın heç bir dövlətində belə təcrübəyə rast gəlinməmişdir.Keywords : Azərbaycan, Ermənistan, toponim, dövlət siyasəti, yer adlarının dəyişdirilməsi