Şəkinin Qədim Dövr Qadın Zinət Əşyaları
Authors : Elşən ABDURAHMANOV, Aygül XƏLİLOVA
Pages : 1002-1017
View : 11 | Download : 8
Publication Date : 2021-09-25
Article Type : Research Paper
Abstract :Arxeoloji qazıntılar zamanı əldə edilən çoxsaylı zinət əşyaları və aksesuarlar əcdadlarımızn tunc dövründən etibarən bahalı paltarlar geyindiklərini, zövqlə bəzəndiklərini söyləməyə əsas verir. Zinət və bəzək əşyalarına təlabatın tədricən artması bədii sənətkarlığın əsas tərkib hissələrindən biri olan zərgərlik sənətinin yaranmasına və inkişafına yol açmışdır. Tarixin müxtəlif dövrlərində zinət və bəzək əşyalarından kişilərin də istifadə etməsinə baxmayaraq, bu predmetlər əsasən qadınlara məxsus olmuşdur. İstər arxeoloji abidələrdən aşkar edilən maddi-mədəniyyət nümunələri içərisində, istərsə də epiqrafik abidələr üzərindəki təsvirlərdə qadınlara məxsus zərgərlik məmulatları və aksesuarlarına daha çox rast gəlinir. Azərbaycan Respublikasının şimal-qərb bölgəsində yerləşən Şəki şəhəri mühüm sənətkarlıq mərkəzlərindən biri kimi zərgərliyin də inkişaf etdiyi məkanlardan biri olmuşdur. Lakin Şəkinin qədim dövr sənətkarlığı indiyədək sistemli şəkildə araşdırılmamış, tədqiqatlardan kənarda qalmışdır. Müəlliflər tədqiqat işində müxtəlif tarixi dövrlərdə Şəki və ətraf bölgələrdən aşkar edilən qadın zinət əşyaları və aksesuarlarını təhlil etməklə bu sənət sahəsinin keçdiyi inkişaf mərhələlərinə nəzər salmış, onları sistemli şəkildə işıqlandırmağa çalışmışlar. Tədqiqat zamanı ərazidə aparılan arxeoloji qazıntıların nəticələrinə, yazılı mənbələrə, etnoqrafik müşahidələrə və muzey materiallarına istinad edilmişdir.Keywords : Azərbaycan, Şəki, qadın bəzəkləri, zinət əşyaları