- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:8 Issue:3-Ek Special Issue
- Bəxtiyar Vahabzadənin dramaturgiyasında türkçülük
Bəxtiyar Vahabzadənin dramaturgiyasında türkçülük
Authors : Güneş QULİYEVA
Pages : 28-43
View : 12 | Download : 11
Publication Date : 2021-12-25
Article Type : Research Paper
Abstract :Bəxtiyar Vahabzadə müdrik bir vətəndaş, sənətkar kimi yaxşı bilirdi ki, türk dünyasını parçalayan başlıca faktor qardaşın qardaşa qılınc çəkməsi olub. Buna görə də “Özümüzü kəsən qılınc”da bu qorxulu ənənənin alt qatını bütün çılpaqlığı ilə açmağa çalışmış, qardaşın qardaşa açdığı savaşın türk insanına yaşatdığı acı aqibəti müdrikcəsinə anlatmışdır. Böyük sənətkarın dram əsərlərinin bir çoxu türk tarixinin, ideologiyasının var olma, yaranış dövrünü əhatə etsə də, bu əsərlərdə qoyulan problemlər çağdaş durumla həmahəng səsləşir, zaman-zaman türk insanının, eləcə də xalqımızın başına gətirilən müsibətləri göz önünə gətirir. Onun tarixi dramları ilk növbədə türkün tarixi və bu müstəvidə bir ibrət dərsliyidir. Bu əsərlər türkün türkə qarşı açdığı savaşların acı nəticələrini yenidən göz önünə gətirir. Çox vaxt tarix təkrar olunur və milli unutqanlıq sindromu türk düşüncəsinə yenidən hakim kəsilir. Bu məqamda böyük şair oxucunu, hər bir türk insanının səhvlərindən ibrət dərsi almağa çağırır. Oyadır. İstiqamət verir! Onun tarixi mövzuda yazdığı əsərlər Türk dünyası üçün əsl ibrət kitabıdır, vəsiyyətnaməsidir.Keywords : B Vahabzadənin dram əsərləri, Göytürklər dramı, Dar ağacı və s dram əsərlərində türkçülük, türkçülük düşüncəsi