- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:8 Issue:3-Ek Special Issue
- Ötən əsrin 50-60-cı illərində Azərbaycan ədəbi prosesi və Yazıçılar İttifaqında ixtilaflar (1959-196...
Ötən əsrin 50-60-cı illərində Azərbaycan ədəbi prosesi və Yazıçılar İttifaqında ixtilaflar (1959-1960)
Authors : Cemil HASANLİ
Pages : 57-99
View : 14 | Download : 7
Publication Date : 2021-12-25
Article Type : Research Paper
Abstract :Məqalədə ötən əsrin 60-cı illərində Azərbaycanda ədəbiyyat və sənətdə müşahidə edilən yeni meyllər, yaradıcılıq təşkilatlarında gedən proseslər əhatə edilmişdir. Sənət və ədəbiyyatda bu illər 60-ıncılar kimi yadda qaldı. Lakin bu ifadə yalnız sənətə və ədəbiyyata aid deyildi, bütövlükdə düşüncə tərzi və idarəçilik sistemində baş vermiş liberalizmin təzahür forması idi. Şübhəsiz ki, sistemin yumşalması ədəbiyyat və sənətdə yaradıcılıq imkanlarını genişləndirdi. Həmin illərdə ədəbi prosesdə ənənəvi Sovet ədəbiyyatından fərqli yeni əsərlər, yeni obrazlar meydana çıxdı, musiqi və rəssamlıqda sistemdən daha çox vətəni, insanı, fərdi tərənnüm edən, onun milli düşüncələrini və ümumbəşəri duyğularını sənətin dili ilə təqdim edən yeni nümunələr yarandı. Lakin bütövlükdə 60-cı illərdəki Azərbaycan ədəbiyyatı, əvvəlki dövrdən fərqlənən sənət nümunələri kiçik istisnalarla partiya orqanlarının müəyyən etdiyi “formaca milli, məzmunca sosialist” yaradıcılıq laboratoriyasının məhsulu idi. Azərbaycan yaradıcılıq təşkilatlarında, xüsusilə 60-cı illərin birinci yarısında Yazıçılar İttifaqında səngimək bilməyən intriqalar, ixtilaflar, qarşıdurmalar yaxşı ədəbi nümunələr yaratmaq uğrunda deyil, daha çox mövqelər uğrunda, sistemin imtiyazlarından yararlanmaq uğrunda mübarizə idi.Keywords : Azərbaycan Yazıçılar İttifaqı, DTK, Əbülfəz Elçibəy, Ədəbiyyat və incəsənət qəzeti, İsa Hüseynov, Kamil Vəli Nərimanoğlu, Mehdi Hüseyn, Mərkəzi Komitə, Nikita Xruşşov