- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:8 Issue:3-Ek Special Issue
- Mifoloji Parodiya Örnəklərinden Biri: Hökmdar və Təlxək
Mifoloji Parodiya Örnəklərinden Biri: Hökmdar və Təlxək
Authors : Muxtar İMANOV
Pages : 124-149
View : 11 | Download : 5
Publication Date : 2021-12-25
Article Type : Research Paper
Abstract :Mifoloji parodiyalar da çağdaş parodiyalar kimi mövzu ilə üslubun toqquşmasına əsaslanıb, yamsılama və gülüş üzərində qurulub. Amma çağdaş parodiyalardan fərqli olaraq, mifoloji parodiyalar kəskin tənqidi mahiyyət daşımayıb. Arxaik düşüncənin ifadəsi olan və mərasimlər şəklində ortaya çıxan mifoloji parodiyalarda başlıca məqsəd yamsılanan, təqlid edilən obyektə magik güc-qüvvət aşılamaqdan ibarət olub.Mifoloji parodiyanın təməl xüsusiyyətlərindən biri ikiləşmədir – obrazın iki formada özünü göstərməsidir. Hökmdar və təlxək qarşılaşmasında mifoloji ikiləşmənin qabarıq ifadəsini görmək mümkündür. Qədim insan məhsuldarlığın, bütövlükdə həyatın, yaşamın rəmzi kimi qəbul etdiyi hökmdara güc-qüvvət aşılamağın yollarından birini hökmdarın inisasiya mərasimindən keçirilməsində görürdü. Komik təlxək obrazı hökmdarın müvəqqəti ölümünün işarəsinə çevrilən bir obrazdır. Bu obrazın başlıca funksiyası imitasiya və gülüş kultu vasitəsilə hökmdara magik güc-qüvvət aşılamaqdır.Keywords : mövzu, üslub, imitasiya, gülüş kultu, çağdaş parodiya, mifoloji parodiya, mərasim, ikiləşmə