- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:8 Issue:4
- Bəxtiyar Vahabzadənin şeirlərində milli-mənəvi yaddaş
Bəxtiyar Vahabzadənin şeirlərində milli-mənəvi yaddaş
Authors : Güneş QULİYEVA
Pages : 1922-1934
View : 11 | Download : 9
Publication Date : 2021-12-30
Article Type : Research Paper
Abstract :Bəxtiyar Vahabzadənin milli-mənəvi yaddaşı bütövlükdə Vətənə, yurda oğul olmaq, milli dəyərləri yaşatmaq, zorakılığa, müstəbidliyə qarşı üsyan etmək düşüncəsinə hesablanıb. Məlumdur ki, sovet rejiminin zorən tətbiqi ədəbiyyatımızda az öncə daha qabarıq şəkildə özünü büruzə verməyə başlayan milli ləyaqət, özünüdərk duyğusunun gəlişməsini əngəllədi, bu prosesi yarımçıq qoydu. Eyni zamanda, konkret olaraq xalqın milli oyanış əzminə güclü zərbə vurdu. Rejimin antimilli təbliğat kompaniyası, xalqı öz kökündən, milli kimliyindən, keçmişindən, tarixi statusundan məhrum etmək siyasəti Azərbaycan insanının dünya müstəvisində təklənməsinə gətirib çıxartdı. Öz genetik kodu və milli müəyyənliyi ilə bağlı düşüncələrinin bədii mətnə köçürülməsinin qadağalarını yaşaması, həmçinin, dünya məkanında gedən proseslərdən təcrid olunaraq qapalı məcrada fəaliyyət göstərməsi ona sosial statusunu fərqləndirmə və fərdiləşdirmə imkanı vermədi. B.Vahabzadə xalqımızın yüksək insani keyfiyyətlərini, əxlaqi dəyərlərini, mənəvi məziyyətlərini təcəssüm etdirən xalq yaradıcılığından ustalıqla bəhrələnən və bu bəhrələnməni istiqlal, müstəqillik savaşımızın tərənnümü istiqamətində böyük ustalıqla sərf etməyə nail olan qüdrətli sənətkardır. B.Vahabzadə bütün yaradıcılığı boyunca mənsub olduğu xalqı milli oyanışa, öz-özünü dərindən dərk etməyə, bu yöndə öz gücünü, qüdrətini, istedadını, intellektual potensialını hərəkətə gətirməyə səsləyib.Keywords : yaddaş, milli mənəvi yaddaş, poetik düşüncə, ana dili, türkçülük, milli ləyaqət, özünüdərk