- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:8 Issue:4
- Amerika ədəbiyyatinda detektiv janrin əsas ideoloji aspektləri
Amerika ədəbiyyatinda detektiv janrin əsas ideoloji aspektləri
Authors : İlhamə MƏMMƏDOVA
Pages : 2121-2130
View : 9 | Download : 8
Publication Date : 2021-12-30
Article Type : Research Paper
Abstract :Məqalədə müasir amerika ədəbiyyatında detektiv janrın bəzi ideoloji aspektlərindən bəhs olunur; detektiv janrda populyarlıq qazanmış amerika yazıçıları Raymond Çandler, Samuel Deşil Hammet, Ed Makbeyn (əsl adı Salvatore Albert Lombino) və Con Qrişamın timsalında əsas ideoloji və ədəbi-bədii meyarlar təhlil olunur. Bizim qənaətimizə görə, amerikan detektivinin önəmli xüsusiyyətlərindən biri klassik ənənəyə uyğun olan strukturun qorunub saxlanması ilə yanaşı, süjet zəncirlərinin çoxşaxəli və çoxplanlı olması, bu zəncirvari quruluşda ideoloji meyarların məharətlə ifadə edilməsidir. Tədqiqata cəlb etdiyimiz müəlliflərin timsalında amerikan detektiv romanlarında cinayət tərkibli müəmmalı hadisələrdə müxtəlif tipli təzadlı xarakterlər və obrazlar təsvir edilir və yazıçılar obrazların hərəkətləri, davranışları və dili ilə bütövlükdə cəmiyyətin simasını açıb göstərir, dünyaya mesaj verirlər. Bu baxımdan müasir Amerika detektiv romanlarının daha geniş aspektlərdən tipoloji təhlilinə ehtiyac vardır.Keywords : Amerika, detektiv, janr, Çandler, Hammet, Makbeyn, Grişam, ideoloji, roman