- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:8 Issue:4
- Amerika romanının əsas inkişaf mərhələləri haqqında (XX əsrin birinci yarısı)
Amerika romanının əsas inkişaf mərhələləri haqqında (XX əsrin birinci yarısı)
Authors : Ceyran QULİYEVA
Pages : 2131-2142
View : 19 | Download : 7
Publication Date : 2021-12-30
Article Type : Research Paper
Abstract :Məqalədə XX əsrin birinci yarısında ABŞ romanistikasının əsas inkişaf mərhələlərindən, roman janrıyla populyarlaşan bir çox tanınmış müəlliflərin yaradıcılığından bəhs olunur. Qeyd olunur ki, bu dövrdə yaranan çox saylı romanlar bədii keyfiyyətilə yanaşı, milli və dünya ədəbiyyatındakı uğurlu yeri ilə əlmətdar olmuşdur. Bizim qənaətimizə görə, Amerika romanının əsas xüsusiyyətlərindən biri onların həyat həqiqətləri və hadisələri üzərində qurulması ilə bağlıdır. Bu baxımdan təhlilə cəlb etdiyimiz bir çox tanınmış müəlliflərin realist əsərləri tipik misal ola bilər. Məqalədə həmçinin XX əsrin birinci yarısında Amerika romanının spesifik inkişaf mərhələlərinə təsir göstərən amillər araşdırılır, Amerikada meydana gələn çox istiqamətli və çoxçalarlı milli ədəbi məktəblərin yazıçıların roman yaradıcılığındakı roluna nəzər salınır. Həmçinin, bu müəlliflərin əsərlərində ədəbi dövrə təsadüf edən romantizm, naturalizm və tənqidi realizm meyllərinin sintezi müşahidə olunmuşdur. Lakin buna baxmayaraq, romanlar Amerika həyatını ətraflı və düzgün təsvir edə bilər. Əsrin əvvəlində Mark Tven və Jack London, sonra Teodor Drayzer əsasən romanlarında tənqidi realizmi həyata keçirdilər və onlar romanlarında tənqidi realizmi təsdiqlədilər və ənənəvi mühafizəkarlığa və dəyərlərə müharibə elan etdilər.Keywords : Amerika, obraz, roman, mərhələ, realism, regionalism, tendensiya