- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:9 Issue:1 - Akademik Tarih ve DüÅünce Dergisi
- Azərbaycanın Şuşa şəhəri tarixi xəritələrdə (1802-1901-ci illər)
Azərbaycanın Şuşa şəhəri tarixi xəritələrdə (1802-1901-ci illər)
Authors : Elnur NECİYEV, Günay NƏCİYEVA
Pages : 290-303
View : 127 | Download : 276
Publication Date : 2022-05-31
Article Type : Research Paper
Abstract :Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Ümumiyyətlə, Qarabağ insert ignore into journalissuearticles values(onun həm aran, həm dağlıq hissələri); özünün bütün əvvəlki tarixi dövrlərində Azərbaycanın vahid təbii-coğrafi regionu kimi iqtisadi və siyasi inkişafına, oxşar adət-ənənələrinə, həyat tərzinə və məişətinə görə bir-birini tamamlayan tarixi vilayət olmuşdur. Şuşa da öz növbəsində bu tarixi vilayətin ən mühüm mərkəzidir. Təqdim etdiyimiz məqalədə Qarabağın mərkəzi olan Şuşa şəhərinin tarixini 1802-1901-ci illərdə çap edilən xəritələr əsasında tədqiq etməyə çalışmışıq. Bildiyimiz kimi Şuşa şəhəri 1752-ci ildə bina edildiyi gündən Qarabağın inzibati-siyasi və mədəni mərkəzi olmuşdur. Aparılan tədqiqatlar sübut edir ki, Şuşa şəhərinin əsl sakinləri tarix boyu Azərbaycan türkləri olub. Qarabağın mərkəzi olan Şuşanın tarixi Azərbaycan şəhəri olması da heç bir şübhə doğurmur. Bununla belə şəhərin adının ermənilərin təhrif etdiyi kimi Şuşi deyil, tarixi mənbələrdə, o cümlədən də xəritələrdə Şuşa olmasını bir daha əyani şəkildə göstərmək baxımından təqdim etdiyimiz xəritələr mühüm əhəmiyyət kəsb edir.Keywords : Azərbaycan, Qarabağ, Şuşa, Rusiya imperiyası