- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:9 Issue:3
- Şah İsmayıl Xətayinin “Nəsihətnamə” Əsərinin Forma-Tematik Təsnifatı
Şah İsmayıl Xətayinin “Nəsihətnamə” Əsərinin Forma-Tematik Təsnifatı
Authors : Terane ABDULLAYEVA
Pages : 777-791
View : 11 | Download : 9
Publication Date : 2022-10-08
Article Type : Research Paper
Abstract :Klassik Şərq və Azərbaycan ədəbiyyatında hər hansı mövzuda öyüd, nəsihət vermək, insanlara, cəmiyyətə yol göstərmək məqsədilə yazılan əxlaqi-didaktik əsərlər nəsihətnamə adlanır. Belə əsərlərdən biri də Azərbaycanın görkəmli ictimai-siyasi və ədəbi şəxsiyyətlərindən olan Şah İsmayıl Xətayinin “Nəsihətnamə” məsnəvisidir. Əsər əsas etibarilə klassik üslub xüsusiyyətləri daşısa da, xalq ruhunun, xalq dil-şeir üslubunun bir çox cəhətlərini özündə ehtiva edir. “Nəsihətnamə”də vəhdəti-vücud fəlsəfəsi, təriqət əxlaqı ilə bağlı müxtəlif öyüdlər öz əksini tapır. Eyni zamanda Səfəvi hakimiyyətinin təbliği və buhakimiyyətin möhkəmlənməsinə xidmət göstərməsi əsərin ideya qayəsindən biri olmuşdur.Ümumiyyətlə, “Nəsihətnamə” məzmun, mövzu, janr, fəlsəfi mahiyyət, dil-üslub, sənətkarlıq baxımından, eləcə də dövrün tarixi-psixoloji vəziyyətinin, inanc sisteminin öyrənilməsi, həmçininədəbiyyatşünaslıq daxil olmaqla bir çox yöndən olduqca dəyərli əsərdir.Keywords : Şah İsmayıl Xətayi, Din, Əxlaq, Nəzm, Əsər, Nəsihətnamə