- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:9 Issue:3
- Aprel İşğalından Sonra Sovet Bolşevik Rejiminin Azərbaycan Xalqının Milli-Mənəvi Dəyərlərinə Qarşı S...
Aprel İşğalından Sonra Sovet Bolşevik Rejiminin Azərbaycan Xalqının Milli-Mənəvi Dəyərlərinə Qarşı Soyqırımı Siyasəti
Authors : Mais EMRAHOV
Pages : 748-776
View : 15 | Download : 9
Publication Date : 2022-10-08
Article Type : Research Paper
Abstract :1920-сi il 28 aprel çevrilişi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinə Sovet Rusiyası tərəfindən son qoyuldu. Elə həmin gün Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığı elan edildi. İlk baxışda müstəqil bir dövlət kimi görünsə də yeni yaradımış dövlət tam olaraq Sovet Rusiyasının müstəmələsi idi. Müstəqillik yalnız formal xarakter daşıyırdı. 1922- ci il 10 dekabr tarixində Azərbaycan SSR –in formal müstəqilliyinə də son qoyuldu və Azərbaycan , Gürcüstan, Ermənistandan ibarət Zaqafqaziya Sovet Federativ Sosialist respublikası yaradıldı . Bundan 20 gün sonra isə ZSFSR də daxil olmaqla Sovet Sosialist Respublikaları İttifaqı insert ignore into journalissuearticles values(SSRİ); formalaşdı.Azərbaycan sovetləşdikdən sonra bolşevik Rusiyasının anti-milli, anti-dini siyasəti başlandı. 1929cu idə latın, 1940-cı ildə kiril qırafikalı əlifbaya keçildi. Sovet hakimiyyətinin ilk illərindən etibarən milli adət ənənələr, din rituallar əvvəlcə lağ obyektinə çevrildi . sonra isə qadağan edildi. Həmin dövrdə müxtəlif dini obyektlər, məxcidlər, mədrəsələr, kişsələr , sinaqoqlar bağlandı.Məqalədə sovet hökümətinin xaqlımıza qarşı anti milli, anti-dini siyasəti, milli ziyalılara və madddi-mənəvi dəyərlərə qarşı siyasətindən bəhs olunur.Keywords : Aprel Işğalı, Bolşevik Rejimi, Azərbaycan Xalqı, Milli Mənəvi Dəyərlər, Soyqırımı Siyasəti