- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:9 Issue:3
- 1937-1938-ci il Repressiyalari Sovet Dövlətinin Azərbaycan Xalqına Qarşı Soyqırımı Siyasətinin Davam...
1937-1938-ci il Repressiyalari Sovet Dövlətinin Azərbaycan Xalqına Qarşı Soyqırımı Siyasətinin Davamı
Authors : Mais EMRAHOV
Pages : 792-819
View : 12 | Download : 9
Publication Date : 2022-10-08
Article Type : Research Paper
Abstract :Məqalə XX əsrin 20-30-cu illərində sovet dövlətinin Azərbaycan xalqına qarş apardığı soyqırımı siyasətinin mahiyyətinin açılmasına həsr olunmuşdur. Qeyd olunur ki, AXC-ni tanımaqdan imtina edən Sovet Rusiyası müxtəlif üsullarla Cənubi Qafqazda böyük nüfuza sahib Azərbaycan hökumətinə təzyiq göstərir, daxili sabitliyi pozmaq üçün müxtəlif partiyalarla əlaqə yaradır. Bakı neft rayonunu ələ keçirmək üçün Sovet Rusiyasının rəhbəri V.İ. Lenin Stalin, Mikoyan, Kirov və Orconikidzenin va¬si¬təsilə planlar hazırlayırdı. Məqalədə, 1920-1930-cu illərdə Azərbaycanda kütləvi repressiyaların həyata keçirilməsi ilə bağlı dəyərli faktlardan istifadə edilmişdir. Belə ki, sovet hakimiyyətinin Azrbaycan xalqına qarşı 3 mərhələdə repressiya siyasəti həyata keçirmişdir. Birinci mərhələsi Lenin və Trotski tərəfindən yaradılan həbs düşərgələrinə Azərbaycan ziyalılarının kütləvi göndərilməsidir. Bu mərhələ aprel işğalından 20-ci illərin sonunadək davam etmişdir. 2-ci mərhələ 20-ci illərin sonu 30-cu illərin əvvələrinə aiddir. Bu mərhələdə qolçomaq adı altında kütləvi həbslər həyata keçirilmiş, sovet hakimiyyətiin düşmənləri quldur qrupunun üzvləri uzaq yerlərə sürgünə göndərilmişdilər. 3-cü mərhələ 1936-1938-ci illəri əhatə edir. 1937-1938-ci illər repressiyaları zamanı Azərbaycan xalqının milli-mənəvi sərvətlərinə, mədəniyyətinə, adət və ənənələrinə güclü zərbə vurulmuşdur.Keywords : Azərbaycan Xalqı, Sovet Dövləti, 1937 Ci Il, Repressiya, Soyqırımı Siyasəti