- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:9 Issue:3
- XIX Əsrin Ortaları – XX Əsrin Əvvəllərində İrəvan Quberniyasında İnzibati-Ərazi Bölgüsü və Etnodemoq...
XIX Əsrin Ortaları – XX Əsrin Əvvəllərində İrəvan Quberniyasında İnzibati-Ərazi Bölgüsü və Etnodemoqrafik Proseslərə Dair
Authors : Hacı HƏSƏNOV
Pages : 946-963
View : 11 | Download : 7
Publication Date : 2022-10-08
Article Type : Research Paper
Abstract :Mövcud məqalədə müəllif, müxtəlif mötəbər qaynaqların, o cümlədən çoxsaylı statistik topluların, habelə mövcud tarixşünaslıq ədəbiyyatının məlumatları əsasında İrəvan quberniyasının yaradılması, nəzərdən keçirilən dövrdə onun inzibati-ərazi təkamülünün tarixi üzrə müxtəlif məsələləri nəzərdən keçirir. Gətirilən çoxsaylı arxiv və digər sənədlər və materiallar əsasında inandırıcı surətdə sübut olunur ki, inzibati idarəçilik sahəsində rəsmi çarizm siyasəti İrəvan quberniyasında da sırf müstəmləkəçi xarakter daşıyırdı. İstər quberniya, istərsə də qəza idarələrində bütün məmur heyəti faktiki olaraq tamamilə xristianlardan – ruslardan, ermənilərdən, gürcülərdən və b.-dan komplektləşdirilirdi. Tədqiqatlarla sübut olunmuşdur ki, çar hakimiyyət orqanları tərəfindən xristian əhalisinin Osmanlı və Qacar imperiyalarından Şimali Azərbaycana kütləvi köçürmələrinin həyata keçirilməsi nəticəsində İrəvan quberniyasında da yerli, aborigen türk əhalisinin xüsusi çəkisi tədricən azalır, əksinə, xristian əhalisinin, ilk növbədə də erməni əhalisinin xüsusi çəkisi qarşısıalınmaz şəkildə artırdı. Və bu da hər bir vəchlə özünün Osmanlı və Qacar imperiyaları ilə yeni cənub sərhədləri boyunca “sanitar kordonu” yaratmağa, habelə bu, demək olar ki, sırf müsəlman bölgəsində özünə etnik dayaqlar yaratmağa çalışan çar hökumətinin müstəmləkəçi niyyətləri ilə bağlı idi. Aparılmış tədqiqatlar göstərir ki insert ignore into journalissuearticles values(bunu da etiraf etmək lazımdır ki);, bu sahədə çar hökuməti mühüm nəticələr əldə etmişdi.Keywords : Azərbaycan, İrəvan, Quberniya, Qəza, Köçürmə, Demoqrafiya, Müstəmləkə Ucqarı