- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:9 Issue:3
- Güney Azərbaycanın Zəncan və Həmədan Əyalətlərində Xalçaçılıq
Güney Azərbaycanın Zəncan və Həmədan Əyalətlərində Xalçaçılıq
Authors : Ramil RÜSTEMOV
Pages : 1027-1045
View : 14 | Download : 11
Publication Date : 2022-10-08
Article Type : Research Paper
Abstract :Zəncan və Həmədanostanları qədimdən insanların yaşaması üçün əlverişli təbii-coğrafi mövqeyə malik olmuşdur. Belə şərait isə insanlara özlərinə məxsus yaşayış yerlərini yaratmağa və məskunlaşmağa şərait yaratmışdır. Əraziyə daxil olan yaşayış yerlərində aparılmış arxeoloji tədqiqatlar zamanı aşkar edilən maddi mədəniyyət nümunələri burada yaşayan əhalinin məişəti və təsərrüfat həyatının yüksək səviyyədə olduğunu sübut edir. Bu bölgədə ən geniş yayılmış sənətkarlıq sahələrindən biri də xalçaçılıqdır. Xalçaçılıq bu əraziyə xas bir sahə olmaqla ən qədim zamanlardan günümüzədək əhalinin məişətində üstün mövqe tutmuşdur. Cənubi Azərbaycanın digər bölgələri kimi, Zəncan və Həmədanda toxunmuş xalçalar dünya muzeylərinin ən qiymətli nümunələri olmuşdur. Hal-hazırda da bu sahə inkişaf etdirilərəknəsldən-nəslə ötürülür. Məqalənin əsas məqsədi Zəncan və Həmədanda unudulmuş xalçaçılıq sənətininin inkişafını üzə çıxarmaq və İran xalçaçılıq sənəti ilə dünyaya tanıdılan bu sənətin azərbaycanlılara məxsus oluğunu göstərməkdir. Bu məqalədə müəllif araşdırma apararaq Cənubi Azərbaycanın ən qədim şəhərlərindən olan Zəncan və Həmədan şəhərlərinin nümunəsində qədim xalçaçılıq sənətinin inkişafı haqqında məlumat vermiş, xalçaçılığın qədim türk sənət sahəsi olduğunu araşdırmış və dünya ədəbiyyatlarında yalnış olaraq fars mədəniyyəti adlandırılan bu sahənin Azərbaycan türklərinə məxsusluğu sübut edilmişdir.Keywords : Xalça, Zəncan, Həmədan, Maddi Mədəniyyət, Arxeoloji Tədqiqatlar, Iqtisadi Həyat