- Akademik Tarih ve Düşünce Dergisi
- Azerbaycan Kültür Başkenti Şuşa'nın 270. Yılı Armağan Sayısı/ The 270th-anniversary special issue of Şuşa, the cultural capital of Azerbaijan
- Azərbaycan səhiyyəsi müxtəlif siyasi sistemlər konteksində (1900-1930-cu illər)
Azərbaycan səhiyyəsi müxtəlif siyasi sistemlər konteksində (1900-1930-cu illər)
Authors : İlham HASANOV
Pages : 213-238
View : 10 | Download : 7
Publication Date : 2022-11-20
Article Type : Research Paper
Abstract :Tibb sahəsi bilavasitə insan sağlamlığı ilə bağlı olduğu üçün istənilən rejim və siyasi quruluşda mühüm əhəmiyyət kəsb edir. Tibbi xidmətin yüksək səviyyədə və əlçatan olması ümumilikdə cəmiyyətin sosial vəziyyətinin qiymətləndirilməsi üçün mühüm göstəricidir. Bu mənada səhiyyənin inkişaf dinamikası müxtəlif siyasi sistemlərin sosial siyasətinin dəyərləndirilməsində önəmli rol oynayır. XX əsrin əvvəllərində əhalisinin 90%-dən çoxunun müsəlman olduğu və əyalətlərdə yaşadığı Azərbaycanda peşəkar tibbi xidmətin, tibb müəssi-sələrinin fəaliyyət dairəsinin araşdırılması dövlətin sosialyönlülük dərəcə¬sinin müəyyənləşdirilməsi üçün əhəmiyyətlidir. XX əsrin əvvəllərində 4 dəfə siyasi rejimi dəyişmiş Azərbaycanda səhiyyə müəssisələrinin və tibb işçilərinin statusu və fəaliyyəti bir neçə baxımdan maraq doğurur. Məqalədə Rusiya imperiyasının dağılmasından sonra sosial vəziyyətin normallaşdırılmasına çalışan Azərbaycan Cümhuriyyətinin səhiyyə sahəsindəki siyasəti və onun sovet hökuməti tərəfindən transformasiyası məsələləri araşdırılır. Bundan başqa sovet cəmiyyətində bolşeviklərin səhiyyənin təşkili, tibbi müəssisə, təhsil ocaqlarının yaradılması və kadrların hazırlanması sahəsində fəaliyyəti də məqalənin əsas tədqiqat obyektidir.Keywords : səhiyyə müəssisələri, tibbi şöbələr, tibbi təhsil, quberniya xəstəxanaları, Azərbaycan SSR də səhiyyə, səhiyyə müəssisələri, tibbi şöbələr, tibbi təhsil, quberniya xəstəxanaları, Azərbaycan SSR də səhiyyə, Healthcare institutions, medical departments, medical educati