- Akademik Tarih ve Düşünce Dergisi
- Azerbaycan Kültür Başkenti Şuşa'nın 270. Yılı Armağan Sayısı/ The 270th-anniversary special issue of Şuşa, the cultural capital of Azerbaijan
- Erməni Vandalizminə Məruz Qalmiş Xocali-Gədəbəy Mədəniyyəti abidələrinin Naxçıvanda İzləri...
Erməni Vandalizminə Məruz Qalmiş Xocali-Gədəbəy Mədəniyyəti abidələrinin Naxçıvanda İzləri
Authors : Toğrul HALİLOV
Pages : 142-151
View : 10 | Download : 5
Publication Date : 2022-11-20
Article Type : Research Paper
Abstract :Qarabağ Azərbaycanın ayrılmaz hissəsi, qədim mədəniyyət mərkəzidir. Əlverişli təbii-coğrafi mövqeyə, zəngin təbii sərvətlərə malik olduğu üçün qədim dövrlərdən insanlar bu ərazidə yaşamışlar. Buna görə də Qarabağda bir-birini əvəz edən arxeoloji mədəniyyətlərin, dövlətlərin izləri qalmaqda, zəngin tariximiz yaşamaqdadır. Qarabağ torpağında formalaşan qədim arxeoloji mədəniyyətlərdən biri Xocalı-Gədəbəy mədəniyyətidir. Orada bu mədəniyyətin daşyıcıları olan Xocalı, Ballıqaya, Dovşanlı, Axmaxı, Şuşa, Borsunlu, Sarıçoban, Bəyimsarov, Üçtəpə, Qaratəpə və digər abidələr var. Erməni vandalizmi nəticəsində bu abidələri dağıdılsa da Qarabağla yanaşı Şimalı və Cənubi Azərbaycanın bir çox yerlərində insert ignore into journalissuearticles values(Gəncəçay hövzəsində, Mingəçevirdə, Daşkəsəndə, Gədəbəydə, Qazaxda, Naxçıvanda, Urmiya gölü ətrafında və s.);, Şərqi Gürcüstanda bu mədəniyyətin izləri qalmaqdadır. Naxçıvanda Xocal-Gədəbəy mədəniyyətinin daş yaddaşı olan abidələrimizə I Kültəpə, II Kültəpə, Qızılburun, Şahtaxtı və digərlər vardır. Onlardan Xocal-Gədəbəy mədəniyyəti ilə bağlı xeyli arxeoloji material aşkar olunmuşdur. Onlar Хоcalı-Gədəbəy mədəniyyətinin Azərbaycanın digər bölgələri kimi Naxçıvanı da əhatə etdiyini sübut edir.Keywords : Xocalı Gədəbəy mədəniyyəti, Qarabağ, arxeoloji abidələr, yaşayış məskəni, qəbir abidələri