- Akademik Tarih ve Düşünce Dergisi
- Azerbaycan Kültür Başkenti Şuşa'nın 270. Yılı Armağan Sayısı/ The 270th-anniversary special issue of Şuşa, the cultural capital of Azerbaijan
- Vətən(II. Qarabağ) Müharibəsinin İnformasiya Təminatinda Azərbaycan Respublikasinin Prezidenti İlham...
Vətən(II. Qarabağ) Müharibəsinin İnformasiya Təminatinda Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevin Rolu
Authors : Tofiq MUSTAFAZADE
Pages : 16-38
View : 12 | Download : 8
Publication Date : 2022-11-20
Article Type : Research Paper
Abstract :Azərbaycanın erməni işğalçılarına qarşı Vətən Müharibəsində cəbhədə olduğu kimi, informasiya müharibəsində də mübarizənin əsas ağırlığını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çiyinlərində daşımışdır. O, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq,düşmən dezinformasiyasını ifşa etmək,erməni və ermənipərəst dairələrin dünya ictimaiyyatı,dünya liderlərinə təsirini azaltmaq üçün müharibə dövründə dünyanın müxtəlif kütləvi informasiya vasitələrinə 30-a qədər dərin məzmunlu müsahibə vermişdir. Məqalədə Prezidentin müsahibələr verdiyi kütləvi informasiya vasitələri şərti olaraq qruplara bölünmüş və təhlil edilmişdir.Göstərilir ki,Türkiyə televiziya kanallarına,“Əl-Cəzirə”və “Əl-Ərəbiyyə” kimi tanınmış ərəb telekanallarına müsahibələrində Azərbaycan Prezidenti hər şeydən əvvəl müharibə ilə bağlı həqiqətlərin,Azərbaycanın haqq səsinin dünya ictimaiyyatına çatdırılmasına çalışırdı. İlham Əliyevin Rusiya media qurumlarına müntəzəm müsahibələri isəRusiya ictimaiyyətində Azərbaycanın xeyrinə ovqatların formalaşmasına böyük təsir göstərdi. O, Qərb dövlətlərinin ermənipərəst və antitürk ovqatlı aparıcı media qurumlarının nümayədələrinin bilərəkdən verdikləri çaşdırıcı,qərəzli və fitnəkar suallara təmkinini pozmadan cavab verir, polad məntiqi ilə onların ittihamlarını puça çıxarır, aparcıların qərəzli mövqeyini ifşa edərək özlərini çətin və gülünc duruma salırdı. Bu müsahibələr əsil “ master dərsləri”nə çevrilirdi.Keywords : İlham Əliyev, Informasiya Təminatı, KİV Lər, 44 Günlük Müharibə, Ilham Aliyev, information provision, Mass Media, 44 days war