- Akademik Tarih ve Düşünce Dergisi
- Azerbaycan Kültür Başkenti Şuşa'nın 270. Yılı Armağan Sayısı/ The 270th-anniversary special issue of Şuşa, the cultural capital of Azerbaijan
- Azərbaycan şəhəri Şuşa XIX-XX əsr ABŞ mətbuatında
Azərbaycan şəhəri Şuşa XIX-XX əsr ABŞ mətbuatında
Authors : Elnur NECİYEV
Pages : 69-84
View : 9 | Download : 8
Publication Date : 2022-11-20
Article Type : Research Paper
Abstract :Şuşa şəhərinin tarixinə və mədəniyyətinə dair ABŞ mətbuatında öz əksini tapan materialların indiyə qədər diqqətdən kənarda qalması, tədqiq olunmaması bizdə bu boşluğu nisbətən də doldurmaq, az da olsa bu istiqamətdə müəyyən işlər görmək istəyən tədqiqatçılar üçün cığır açmaq istəyi yaratdı. Tədqiq etmək üçün müəyyən etdiyimiz xronoloji çərçivə kifayət qədər böyük olduğundan biz daha çox ABŞ mətbuatının XIX-XX əsr materiallarına diqqət yetirdik. Əvvəlcədən qeyd edək ki, Şuşa ilə bağlı xarici mətbuat nümayəndələrinin məlumatları əsasən Sankt-Peterburqdan əldə edilən məlumatlara əsaslandığına görə əsasən çar hökumətinin, eləcə də Qərbin maraqlarına uyğun formada, xüsusilə də ermənilərin xeyrinə olurdu. Bununla belə, hətta bu cür məlumatların içərisində də Şuşa tarixinə, onun Azərbaycanın Qarabağ bölgəsinin mədəniyyəti mərkəzi, tarixi şəhəri olmasını sübut edən dəyərli materiallara təsadüf etmək olur. Qeyd edək ki, tədqiq etdiyimiz materiallar ABŞ-ın Pensilvaniya, Vermont, Virciniya, Miçiqan, Merilənd, İllinoys, Mississippi, Missuri, Nyu-York, Luiziana, Massaçusets, Montana, Tennessi, Vaşinqton, Ohayo, Kanzas, Cənubi Dakota, Şimali Karolina ştatlarında çap olunan qəzetlərin məqalələrinə əsaslanır.Keywords : Azərbaycan, Şuşa, ABŞ, mətbuat, Azerbaijan, Shusha, USA, the press