- Akademik Tarih ve Düşünce Dergisi
- Azerbaycan Kültür Başkenti Şuşa'nın 270. Yılı Armağan Sayısı/ The 270th-anniversary special issue of Şuşa, the cultural capital of Azerbaijan
- Albaniyanın Şəki Vilayətinin Qəbir Abidələri (III-VIII Əsrlər)
Albaniyanın Şəki Vilayətinin Qəbir Abidələri (III-VIII Əsrlər)
Authors : Elşən ABDURAHMANOV
Pages : 114-141
View : 13 | Download : 8
Publication Date : 2022-11-20
Article Type : Research Paper
Abstract :Məqalədə Qafqaz Albaniyasının Şəki vilayətində III-VIII əsrlərdə mövcud olmuş qəbir abidələrinin öyrənilməsi tarixinə nəzər salınmış, qəbir abidələrinin təsnifatı verilmiş, yerləşmə arealı, tarixi dövrləşməsi, inventarı və xüsusiyyəti göstərilmiş, bəzi ümumiləşdirmələr aparılmışdır. Ərazidə aparılan arxeoloji qazıntı işləri zamanı öyrənilmiş qəbir abidələri ilə yanaşı, təbii aşınmalar və təsadüfi xarakterli qazıntılar zamanı aşkara çıxan qəbir abidələri, həmçinin, hələlik arxeoloji tədqiqatlar aparılmamış nekropollar səciyyələndirilmiş, həmin abidələrlə yanaşı, müəllif tərəfindən qeydə alınmış bəzi qəbir nümunələri tədqiqata cəlb edilmişdir.Ərazidə aşkar və tədqiq edilən qəbir nümunələrinin forma, üslub və məzmun baxımından Albaniyanın digər əraziləri ilə oxşarlıq təşkil etdiyi, Şəki vilayəti ərazisindəki qəbir abidələrinin ümumalban mədəniyyətinin tərkib hissəsi olduğu təsdiq olunmuşdur. Təqdim edilən elmi tədqiqat işində ərazidə aparılan arxeoloji qazıntıların nəticələri ilə yanaşı, arxeoloji və elmi ədəbiyyatlara, yazılı mənbələrə və arxiv sənədlərinə istinad edilmişdir.Keywords : Qafqaz Albaniyası, Şəki Vilayəti, III VIII Əsrlər, Bütpərəst, Xristian Və Müsəlman Qəbirləri, Caucasian Albania, Sheki province, the III VIII centuries, heathen, christian and muslim graves