- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:10 Issue:2
- Müasir Kitabxanalarin Marketinq Konsepsiyasi (Kitabxanalarda Marketinq Fəaliyyətinin Mənbələri)...
Müasir Kitabxanalarin Marketinq Konsepsiyasi (Kitabxanalarda Marketinq Fəaliyyətinin Mənbələri)
Authors : Nigar Quliyeva
Pages : 105-115
View : 105 | Download : 221
Publication Date : 2023-06-25
Article Type : Research Paper
Abstract :"Marketinq” anlayışı ötən əsrin əvvəllərində Amerikada formalaşmışdır. Cəmiyyət üçün bir çox problemlər (təbii ehtiyatların azalması, ətraf mühitin çirklənməsi, uzunmüddətli işsizlik, dəyərlərin yenidən qiymətləndirilməsi və s.) yaradan iqtisadiyyatın sosial məsuliyyət dərəcəsi nəhayət aydınlaşdıqda marketinqə münasibətdə kəskin dəyişiklik baş verdi. Gəlir gətirən sənayelərdə kommersiya marketinqinin danılmaz uğuru sayəsində marketinq konsepsiyasını qeyri-kommersiya təşkilatlarına ötürmək ideyası yarandı. F. Kotler əsərlərində bu haqda çox yazmışdır. Onun üçün aydın idi ki, qeyri-kommersiya təşkilatları kommersiya təşkilatlarına bənzətməklə, informasiya mübadiləsi proseslərini təşkil etməlidirlər. Marketinqin bu tip təşkilatlanması qeyri-kommersiya sahəsində marketinqin öz məqsədlərənə çatmağa kömək edə biləcəyi fikri ilə əlaqələndirilirdi. Qeyri-kommersiya təşkilatlarının məqsədləri təkcə iqtisadi parametrlərə aid deyil, o, maraqlar həmişə bu və ya digər formada mövcuddur. Qeyri-kommersiya marketinqi bu halda hər kəsin istifadə edə biləcəyi bir üsul hesab olunur. Qeyri-kommersiya marketinqinin vahid xarici ifadəsi (simvolu, loqası, vizual görüntüsü) yoxdur, onun təzahürləri ona müraciət edən təşkilatdan asılıdır. Bu təşkilatların dairəsi genişdir. Buraya idarəetmə orqanları və xidmət müəssisələri (dəmir yolu, poçt, xəstəxanalar), habelə siyasi, mədəni, ictimai təşkilatlar (partiyalar, muzeylər, dini təşkilatlar və s.) daxildir.Keywords : Marketinq, Qeyri kommersiya, Kommunikasiya, Kitabxana konsepsiyası