- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:10 Issue:2
- Şimali Azərbaycanın Qarabağ Bölgəsinin Mədəniyyətində Erməni Saxtakarlığı
Şimali Azərbaycanın Qarabağ Bölgəsinin Mədəniyyətində Erməni Saxtakarlığı
Authors : Rəna Baxişova
Pages : 323-344
View : 120 | Download : 214
Publication Date : 2023-06-25
Article Type : Research Paper
Abstract :XIX əsrin əvvələrində Şimali Azərbaycan torpaqlarının Rusiya imperiyası tərəfindən işğalı, bu ərazilərə ermənilərin köçürülməsi, rus-erməni "həmrəyliyi” iki əsrdən çoxdur ki, xalqımızın qarşısına ciddi problemlər qoyur. Çarizm regionda ruslaşdırma və xristianlaşdırma siyasətinin davamı olaraq bu əraziyə köçürülmüş ermənilərin təhsil almaları üçün böyük vəsait ayırmış və əraziyə nəzarət edə bilmək üçün onları idarəçilik orqanlarında yerləşdirmişdilər. Bundan ruhlanan ermənilərin müxtəlif zamanlarda Azərbaycan torpaqlarına, o cümlədən Qarabağ bölgəsinə qarşı əsassız ərazi iddiaları nəticəsində yalnız Azərbaycan türkləri deyil, mədəniyyəti də erməni təcavüzünün və saxtakarlığının qurbanı olmuş və olmaqda davam edir. S.N.Zelinski, A.Y.Xan-Aqov və digər erməni tədqiqatçıları ermənilərin bu əraziyə gəlmə olduqlarının yazsalar da ermənilər Azərbaycan türklərinin əsrlər boyu yaratdıqları memarlıq abidələrinin saxtalaşdırılması prosesinə başladılar. Köçürülmədən sonra Azərbaycan muğamlarını erməni musiqisi, Azərbaycan xalçalarını "erməni xalçası” adıyla dünya ictimaiyyətinə təqdim edərək onları aldadırlar. Mədəni irsimizi mənimsəyərək saxta erməni tarixi yaradan ermənilər mifik "erməni dövlətçiliyi”ni dünya ictimaiyyətinə qəbul etdirmək üçün Azərbaycan xalqına mənsub olan maddi və mənəvi mədəniyyət nümunələrini UNESCO-nun Mədəni irs siyahısına daxil etməkdən də çəkinmirlər. Erməni şairi Yeğişe Çarents "bizim millətdə riyakarlıq ana bətnində ikən yaranır” deyərək öz millətinin anatomiyasının real təsvirini vermişdir.Keywords : Qarabağ mədəniyyəti, çarizmin siyasəti, ermənilərin köçürülməsi, erməni saxtakarlığı, Qarabağın işğalı