- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:10 Issue:2
- Tələbələrdə Təlim Motivasiyasının Formalaşmasında Layihə Əsaslı Tədrisin Əhəmiyyəti
Tələbələrdə Təlim Motivasiyasının Formalaşmasında Layihə Əsaslı Tədrisin Əhəmiyyəti
Authors : Lalə Məmmədova
Pages : 498-507
View : 205 | Download : 589
Publication Date : 2023-06-25
Article Type : Research Paper
Abstract :Müasir təhsili sistemli layihələndirmə olmadan təsəvvür etmək çətindir. Tədris artıq situativ və xaotik yaranan proses olmayaraq, müsbət nəticəyə xidmət etməli və bütün təhsil sistemi çərçivəsində nəzərdə tutulmalıdır. Bu gün təhsil mühüm ictimai funksiya yerinə yetirir – şüuru, sosial-psixoloji sabitliyi formalaşdırır, şəxsiyyəti mənəvi münasibətlər baxımından tərbiyə və inkişaf etdirir, eyni zamanda tələbənin idraki aktivliyini stimullaşdırır. Tədris prosesinin effektivliyinin artırılmasında mühüm yanaşmalardan hesab olunan layihə əsaslı təlim prosesində tələbələrdə motivasiyanın formalaşdırılması vacib məsələdir Məhz layihə üzərində iş prosesində tələbələrdə müsbət motivlərin yaranmasını müşahidə etmək olar. Bu zaman təlim fəal-müstəqil əsaslarla, tələbələrin praktiki fəliyyəti vasitəsilə həyata keçirildiyi üçün əldə edilən biliklərdən əmin olmaq imkanı yaranır. Layihə metodu sayəsində tələbələr müxtəlif informasiya ilə fəaliyyətdə olmağı, məqsəd və vəzifələri müəyyən etməyi, işlərini planlaşdırmağı öyrənirlər ki, bu da nəticədə tələbələrin əldə etdikləri biliklərin keyfiyyətini yüksəldir, tədris prosesi gedişində onlarda məqsədyönlülük, əməksevərlik, məsuliyyət kimi zəruri keyfiyyətləri formalaşdırır.Keywords : layihə metodu, tədris prosesi, qrupda fəaliyyət, təlimin motivasiyası, pedaqoji metodlar