Saxurların Dəfnlə Bağlı Adət və Mərasimləri
Authors : Sahibə Musayeva
Pages : 674-686
View : 170 | Download : 134
Publication Date : 2023-08-25
Article Type : Research Paper
Abstract :Məqalədə saxurların qədim və müasir qəbiristanlıqları tarixi-etnoqrafik baxımdan tədqiq edilmişdir. Qeyd olunub ki, orada dini ayinlər həyata keçirən və dəfn yerlərinin təmizliyinə nəzarət edən din xadimləri olmuşdur. Qəbirlər dördbucaqlı formada idi. Türk-müsəlman xalqları, o cümlədən saxur xalqı arasında mərhumun məzarına münasibət, yarılma və dəfn yerinin dəyişdirilməsi müəyyən qaydalara əsaslanmışdır. Bildirilib ki, intihar edənlər ümumi kənd qəbiristanlığında dəfn olunmayıb və qəbirləri ziyarət edilməyib. Bu, əslində bir növ maarifləndirici idi. Qəbirlərin ortası boş qalar və torpaqla örtülərdi. Məqalədə məzar daşlarının inşasında mərhumun dini mənsubiyyətinin nəzərə alındığı və məzar daşlarına soyad, ad, ata adı, doğum tarixi və ölüm tarixinin də qeyd edildiyi bildirilir. Məqalənin yazılmasında bölgədə aparılan etnoqrafik tədqiqatlar nəticəsində əldə olunan informantların məlumatları mühüm rol oynamışdır.Keywords : saxur, qəbiristanlıq, məzar daşı, türk müsəlman xalqları