- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:10 Issue:3
- XIX əsrin birinci yarısı Maarifçi Tarixşünaslıqda Azərbaycan Tarixi Məsələləri
XIX əsrin birinci yarısı Maarifçi Tarixşünaslıqda Azərbaycan Tarixi Məsələləri
Authors : Naibə Əhmədova
Pages : 610-626
Doi:10.46868/atdd.2023.277
View : 325 | Download : 210
Publication Date : 2023-08-25
Article Type : Research Paper
Abstract :XIX əsrin birinci yarısında feodal sinfinin maraqlarına xidmət edən Azərbaycan tarixşünaslığı tədqiqat forması və metodu ilə A. A. Bakıxanov istisna olmaqla, xronika ənənələrindən fərqlənmirdi. O dövrün tarixçiləri xalq kütlələrinin deyil, ayrı-ayrı şəxslərin, tarixi hadisələr zəminində hökmdarların və onların qohumlarının fəaliyyətini işıqlandırırdı. Müəyyən bir döyüşdə və ya müharibədə məğlubiyyət ictimai-siyasi və iqtisadi sistemin nəticəsi kimi deyil, onu idarə edən insanların bacarığı və ya səriştəsi ilə izah edilirdi.Çarizmin müstəmləkəçilik siyasətində milli şüurun qabağını almaq cidd-cəhdlərinə baxmayaraq, bu dövrdə mütərəqqi zadəgan (əsilzadə) ziyalıları Avropa maarifi ilə tanış olmağa başlayırdılar. Məqalədə XIX əsrin birinci yarısı Azərbaycan tarixi məsələləri tarixşünaslıq kontekstində öyrənilmişdir.Keywords : Azərbaycan tarixi məsələləri, tarix elmi, maarifçi tarixşünaslıq, salnaməçi tarixşünaslıq