- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:10 Issue:4
- Klaudio Maqrisin İtaliya Postmodernizminin İnkişafında Rolu
Klaudio Maqrisin İtaliya Postmodernizminin İnkişafında Rolu
Authors : Nərgiz Ismayilova
Pages : 1082-1088
View : 36 | Download : 35
Publication Date : 2023-09-26
Article Type : Research Paper
Abstract :Mərkəzi Avropanın postmodern quruluşunun mənzərəsini göstərmək aspektindən Klaudio Maqrisin 1986-cı ildə nəşr olunan "Dunay boyunca” ("Danubio”) kitabı son dərəcə əhəmiyyətlidir. Alman ədəbiyyatında yaranan əsas əsərlərdən biri kimi "Dunay boyunca”da Maqris Orta Avropanı bir çox ideoloji inancın və böyük inqilabi ümidlərin süqutunun şahidi olduğumuz dünya teatrı kimi təsvir edir.1990-cı illərin əvvəllərində, yəni Mərkəzi Avropada kommunizmin dağılmasından, Berlin Divarının sökülməsindən və Sovet İttifaqının süqutundan dərhal sonra Mərkəzi Avropa Qərb tərəfindən kəşf edilmişdir. Kitab bütün Avropada böyük diqqət görmüş və bir sıra dillərə, o cümlədən İsveç dilinə tərcümə edilmişdir. Kitab bütün Avropada böyük diqqət görmüş və bir sıra dillərə, o cümlədən İsveç dilinə tərcümə edilmişdir. Məqalədə Maqrisin əsərlərində yer alan postmodern elementlər tədqiq olunmuşdur. Qeyd edək əsasən bioqrafik, real, tarixi faktlar və hadisələr fonunda yazılan əsərlərində Maqris müxtəlif zamanlarda yazılan əsərlərə işarələr edərək, həmin yazarların əsərləri ilə intertekstual əlaqədə dövrü təsvir etmişdir.Keywords : Klaudio Maqris, postmodernizm, italyan ədəbiyyatı, orta avropa, qərb