- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:10 Issue:1 - Azerbaycan Halkının Milli Lideri Haydar Alirza OÄlu Aliyev'in DoÄumunun 100. Yılı Special Issue
- Heydər Əliyevin Müstəqil Dövlətçilik İdealları və Müasir Dövr
Heydər Əliyevin Müstəqil Dövlətçilik İdealları və Müasir Dövr
Authors : İsa HƏBİBBƏYLİ
Pages : 1-9
View : 37 | Download : 59
Publication Date : 2023-08-26
Article Type : Research Paper
Abstract :Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin ikinci yarısından etibarən mənsub olduğu xalqın tarixi müqəddəratında həlledici rol oynamışdır. O, hələ sovet hakimiyyəti illərində Azərbaycan xalqının milli mənafelərinin qorunub saxlanılması üçün böyük addımlar atmışdır. Heydər Əliyev sovet dövründə Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldıran görkəmli dövlət xadimidir. Məhz onun xidmətləri sayəsində Azərbaycan keçmiş Sovetlər İttifaqında ən inkişaf etmiş ölkələrdən birinə çevrilmişdir. Azərbaycanın dövlət müstəqilliyinin qurulması və möhkəmləndirilməsi də Heydər Əliyevin adı və mübarizəsi ilə üzvi surətdə bağlıdır. Bütün bunlara görə Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri kimi böyük tarixi ad qazanmışdır. “Heydər Əliyevin Müstəqil Dövlətçilik İdeallari və Müasir dövr” məqaləsi Heydər Əliyevin dünyagörüşünü, qırx ildən artıq böyük bir dövrdə həyata keçirdiyi milli dövlətçilik missiyasını, müstəqil respublika ideyasını, xalqının ana dili, təhsili, elmi, ədəbiyyatı, mədəniyyəti üçün cəsarətli və cəfakeş xidmətlərini, ərazi bütövlüyümüz naminə apardığı mübarizəsini, eyni zamanda keşməkeşli ömür yolunu hərtərəfli surətdə və yüksək ehtiramla dəyərləndirir, başqa cür desək, həqiqi alim təfəkkürü ilə tarixə həkk edir. Eyni zamanda “Heydər Əliyevin Müstəqil Dövlətçilik İdeallari və Müasir dövr” məqaləsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin döv¬lət¬çi¬lik tə¬li¬mi¬nin əsas ma¬hiy¬yə¬ti¬ və hə-dəf¬lə¬ri¬ təhlil edilir, görkəmli dövlət xadiminin mil¬li is¬tiq¬lal ide¬ya¬sının müasir dövrdə əhəmiyyəti elmi-obyektivliklə qiymətləndirilir.Keywords : Azərbaycan, Heydər Əliyev, Müstəqil, Dövlət, Müasir dövr