- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:10 Issue:1 - Azerbaycan Halkının Milli Lideri Haydar Alirza OÄlu Aliyev'in DoÄumunun 100. Yılı Special Issue
- “Kiçik Vətənə Qayıdış – “Böyük Siyasət”Ə Qayıdış (Heydər Əliyevin Həyatının Naxçıvan Dövrünə Aid Ştr...
“Kiçik Vətənə Qayıdış – “Böyük Siyasət”Ə Qayıdış (Heydər Əliyevin Həyatının Naxçıvan Dövrünə Aid Ştrixlər)
Authors : ədalət QASIMOV
Pages : 94-107
View : 22 | Download : 29
Publication Date : 2023-08-26
Article Type : Research Paper
Abstract :Məqalədə Heydər Əliyevin siyasi fəaliyyətinin üçüncü dövrü – onun sovet rəhbərliyinin təzyiqi ilə bütün vəzifələrindən uzaqlaşdırıldıqdan sonra doğulduğu vətənində – Naxçıvan MR-da fəaliyyəti təhlil olunur. Naxçıvana qayıtmaqla o nəinki daim öz xalqı ilə birlikdə olduğu, onun ağrı və acıları ilə yaşadığını bir daha sübut etdi, həmçinin Azərbaycanın bu qədim torpağını erməni işğalından müdafiə edərək, böyük vətənin ərazi bütövlüyünün qorunmasında əvəzsiz xidmətlər göstərdi. Heydər Əliyevin Naxçıvana qayıdışı onun böyük siyasətə qayıdışı olmaqla, Azərbaycan xalqının milli hüquqlarının qorunması, müstəqil dövlətçiliyinin bərpa edilməsi uğrunda mübarizənin başlanğıcı oldu. Naxçıvanda fəaliyyət göstərdiyi 35 ay ərzində qəbul etdiyi qərarlar Azərbaycan xalqı tərəfindən tam dəstəklənirdi və buna görə də az müddətdən sonra Heydər Əliyev Azərbaycan milli hərəkatının liderinə çevrildi.Keywords : Heydər Əliyev, Azərbaycan, Naxçıvan, milli hərəkat